Qütb burulğanı vaxtından əvvəl zəifləyir: Avropanı sərt qış gözləyir?

Qütb burulğanı vaxtından əvvəl zəifləyir: Avropanı sərt qış gözləyir?Arktikada şaxtalı hava kütlələrini Şimal qütbü ətrafında saxlayan güclü küləklər sistemi - qütb burulğanı bu il gözləniləndən xeyli tez zəifləməyə başlayıb. Meteoroloqlar bunun Şimal yarımkürəsinin bəzi bölgələrində qışın sonrakı aylarında daha soyuq və quraq hava şəraiti riskini artıra biləcəyini bildirirlər. Bununla belə, mütəxəssislər bu prosesin mütləq sərt qışla nəticələnəcəyini düşünmürlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qütb burulğanı Şimal qütbü üzərində, Yer səthindən təxminən 10-50 kilometr yüksəklikdə hərəkət edən güclü qərbdən şərqə doğru küləklər sistemidir. O, Arktikadakı son dərəcə soyuq havanın ətraf ərazilərə yayılmasının qarşısını almağa kömək edir. Bu sistemin gücü atmosferin aşağı qatlarında hava şəraitinə də təsir göstərərək qış aylarında Avropa və Şimali Amerikanın bəzi bölgələrində temperaturun kəskin enməsinə səbəb ola bilər.

Atmosfer alimi Cennifer Frensis bildirib ki, qütb burulğanı adətən Arktika üzərində güclü qalır və soyuq havanı həmin ərazidə saxlayır. Lakin bəzi qışlarda bu sistem zəifləyə və ya tarazlığını itirə bilər. Belə hallarda qütbün soyuq havası cənuba doğru hərəkət edir və Avrasiya ilə Şimali Amerikada sərt qış şəraiti yarana bilər.

Bu prosesin əsas səbəblərindən biri qəfil stratosfer istiləşməsi adlanan atmosfer hadisəsidir. Bu zaman Arktika üzərində, atmosferin yüksək qatlarında temperatur qısa müddətdə kəskin yüksəlir. Nəticədə qütb burulğanı zəifləyir, bu isə bir və ya iki həftə sonra yer səthinə yaxın hava axınlarına təsir göstərə bilir. Soyuq hava şərqdən Avropaya doğru irəliləyir, Atlantik okeanından gələn mülayim və rütubətli qərb küləklərini zəiflədir. Bunun nəticəsində şaxta, donvurma və qar ehtimalı artır.

Belə pozulmalar daha çox yanvar və fevral aylarında müşahidə olunsa da, bu il proses qeyri-adi dərəcədə tez başlayıb. Böyük Britaniyanın Meteorologiya Xidmətinin uzunmüddətli proqnozlaşdırma üzrə rəhbəri Adam Skayf bildirib ki, noyabr ayında qütb burulğanının dağıldığı hallar əvvəllər də qeydə alınıb, lakin bu qədər erkən tarixdə baş verməsi müşahidə edilməyib.

Böyük Britaniyanın Milli Atmosfer Elmləri Mərkəzinin məlumatına görə, qütb burulğanının vaxtından əvvəl zəifləməsi onun pozulmasına səbəb olan atmosfer şəraitinin bu il qış mövsümündə normadan daha tez formalaşması ilə əlaqədardır.

Alimlər hələlik bu prosesin dəqiq səbəblərini araşdırırlar. Ehtimallardan biri atmosferdəki dəyişikliklərin və Arktika bölgəsində okean sularının qeyri-adi dərəcədə isti olmasının birgə təsiridir.

Mümkün amillərdən biri bu il formalaşan güclü El-Nino hadisəsidir. El-Nino Sakit okean üzərində yağıntıların paylanmasını dəyişdirir və böyük atmosfer dalğalarının yaranmasına səbəb olur. Həmin dalğalar Şimal qütbünə doğru hərəkət edərək qütb burulğanına təzyiq göstərə və onun küləklərini zəiflədə bilər. Lakin bu təsir, əsasən, qışın sonrakı mərhələlərində daha güclü olduğundan, onun hazırkı erkən zəifləməni təkbaşına izah etməsi ehtimalı azdır.

Digər mümkün səbəb Skandinaviya yarımadasının şimalında və Rusiyanın qərbində okean sularının normadan daha isti olmasıdır. Son araşdırmalar göstərir ki, bu ərazilərdə dəniz buzlarının azalması okeanın atmosferə daha çox istilik ötürməsinə şərait yaradır. Bu da qütb burulğanının sabitliyini poza bilər.

Bununla belə, meteoroloqlar zəif qütb burulğanının mütləq soyuq qış demək olmadığını vurğulayırlar. Sistemin zəifləməsi soyuq hava ehtimalını artırsa da, yekun hava şəraiti digər atmosfer proseslərindən də asılıdır. Araşdırmalara görə, qəfil stratosfer istiləşməsi hadisələrinin təxminən üçdə ikisindən sonra Şimali və Şimal-Qərbi Avropada normadan daha soyuq və quraq hava müşahidə olunur.

İqlim dəyişikliyinin qütb burulğanına uzunmüddətli təsiri ilə bağlı isə hələlik aydın elmi sübut yoxdur. Alimlər sistemin gücünün ildən-ilə və onilliklər üzrə təbii şəkildə dəyişdiyini bildirirlər. Məsələn, 1960-cı illərin əvvəllərində qütb burulğanının uzun müddət zəif qalması Avropanın ən soyuq qışlarından bəziləri ilə üst-üstə düşüb. 1990-cı illərdə isə daha güclü burulğan dövrləri mülayim və yağışlı qışlarla müşayiət olunub.

Tədqiqatçılar iqlim dəyişikliyi ilə qütb burulğanı arasında etibarlı əlaqənin müəyyənləşdirilməsi üçün daha çox müşahidəyə ehtiyac olduğunu bildirirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 79   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

15:29 232
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

17:29 218
.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 221
.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 237
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 271
.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

12:34 233
.

Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır

15:00 292
.

Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir

"Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü bir sıra güzəştlərin müddəti başa çatır". xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib. O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

21:45 1
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

21:44 0
.