YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdırYeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütün çətinliklərə baxmayaraq, yaranmış vəziyyəti,nöqsanları,çətinlikləri aradan qaldırmaq üçün insanlarımız birlik olmağa qərar verir. Məhz bunun nəticəsidir ki, 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu.
Partiyanın yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ildə 91 nəfər ziyalı ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, "Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Prezident Heydər Əliyevin ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verdi. Bu Azərbaycanın tarixində xüsusi hadisə idi. Xalq bütün çətinliklərin aradan qalxacağına, ölkəmizdə firavanlığın hökm sürəcəyinə inam və ümid bəsləyirdi. Bu partiyanın yaranması Azərbaycanın siyası həyatında dönüş yaratdı, ölkəmizin siyasi sisteminin bərqərar olunmasında əsas rol oynadı. Partiyanın fəaliyyətinə qarşı olan təzyiqlərə baxmayaraq, üzvlərinin sayı hər gün daha da artırdı. Xalqın inamını, güvənini qazanan Heydər Əliyev partiyanın yaranmasından qısa müddət sonra 1993-cü ildə hakimiyyətə gəldi.
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yap dövlətçilik, qanunçuluq, azərbaycançılıq prinsiplərinə əsaslanırdı. Azərbaycan qanunları çərçivəsində,öz nizamnaməsi, proqramı olan siyasi partiyadır.
YAP həmin dövrdə müxalifət partiyası olaraq yaransa da, 1995-ci ildə iqtidar partiyası olaraq fəaliyyətinə davam etdi. Parlament seçkilərində qalib gələn bu partiya daha çox insanların inamını qazandı. Həmin dövrdə hər sahədə mövcud olan bir çox problemlər,hərc-mərclik yavaş-yavaş aradan qalxmağa başladı. Bu da onun nəticəsidir ki, dövlətimizin başında Heydər əliyev kimi lider, şəxsiyyət dururdu.
15 oktyabr 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra həm də partiyanın sədr müavini olaraq seçildi. 2005-ci ildə keçirilən YAP-ın III Qurultayında isə Partiyanın sədri seçildi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin ictimai-siyasi, iqtisadi fəaliyyətini uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin gələcək fəaliyyətində, məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli yer tutur. 5 mart 2021-ci il tarixində keçirilmiş bu qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul edilir. Yeni Nizamnaməyə əsasən partiyanın 40 nəfərdən ibarət İdarə heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olan YAP-ın Veteranlar Şurası 35 nəfərlik üzvi ilə təsdiq edildi. Bir müddət sonra partiyanın proqramında müəyyən dəyişikliklər edildi, 5 fəsildən ibarət olan proqramda bir sıra prinsiplər əsas götürüldü. Partiyanın inkişafı, uğurları, əsas hədəfləri, siyasi prinsiplər, partiyadaxili münasibətlərin təşkili proqramda əsas məsələlər olaraq qeyd edilmişdir. YAP yarandığı gündən dövlətçilik, Azərbaycançılıq, qanunun aliliyi, müstəqillik prinsiplərinə bu gün də sadiq qalaraq, bu yolda daha uğurlu fəaliyyətlər əldə etməyə səy göstərir.
2026-cı il oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. Ölkənin bütün regionlarını və sosial təbəqələrini əhatə edən 800 mindən artıq partiya üzvünü təmsil edən qurultay nümayəndələri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev böyük etimad göstərilərək onu yenidən Yeni Azərbaycan Partiyasının sədri seçdilər. Qurultaydakı çıxışında ölkə başçısı bildirib ki: "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".
Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin ən qüdrətli partiyası kim daha da böyüyür və fəaliyyət istiqamətləri genişlənir. Yeni Azərbaycan Partiyası arasında gənc üzvlər də daha çox üstünlük təşkil edir. Bu da onun nəticəsidir ki, gənclər arasında öz fəaliyyətinə, uğurlarına, hədəflərinə görə inam yaradan, öz sözünü demiş siyasi partiyadır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 88   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind

10:53 143
.

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl

15.11.2026 478
.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 127
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 236
.

Mənzillərin qiyməti ucuzlaşır

Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri

12:37 54
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 149
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

12:17 92
.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 0
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15.11.2026 249
.