Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələr fonunda diqqət çəkib.
CNN-in noyabrın 15-də yaydığı məlumata görə, siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin X platformasındakı köhnə paylaşımlarında yer alan bəzi internet keçidləri son günlər orijinal məzmunla əlaqəsi olmayan video, şəkil və internet səhifələrinə yönləndirilib.
Məlumata əsasən, problem 2009-2014-cü illərdə Bitly keçid qısaltma xidmətindən istifadə edilərək paylaşılmış linklərə aiddir. Hücumdan ABŞ Prezidenti Donald Trampın şəxsi X hesabı daha ciddi təsirlənib. Onun ən azı 12 köhnə paylaşımındakı keçidlərin uyğun olmayan və tamamilə fərqli məzmunlara yönləndirildiyi bildirilir.
CNN-in araşdırmasında Microsoft-un həmtəsisçisi Bill Qeyts, Kanadanın keçmiş baş naziri Castin Trüdo, ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens, həmçinin McDonald's və Burger King şirkətlərinin hesablarında da oxşar halların qeydə alındığı vurğulanıb. Hətta ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) və Müdafiə Nazirliyinin köhnə paylaşımlarındakı keçidlərin də dəyişdirildiyi bildirilib.
Hadisənin diqqət çəkən nümunələrindən biri isə Netanyahunun X hesabındakı köhnə paylaşımda müşahidə olunub. Təqdim edilən ekran görüntüsündə 2013-cü il fevralın 7-də yayımlanmış paylaşımın mətnində İsrailin Baş nazirinin Bolqarıstanın o zamankı baş naziri Boyko Borisovla Burqas terror aktının araşdırılması barədə danışdığı qeyd olunur. Lakin həmin paylaşımın altında yerləşdirilən YouTube keçidi hazırda "Skibidi Toilet 77 (part 4)" adlı videoya yönləndirilir.
Araşdırmalara görə, problemin əsas səbəbi Bitly vasitəsilə qısaldılmış köhnə keçidlərin yenidən istifadəyə verilməsi və başqa internet ünvanlarına yönləndirilməsidir. Bu isə o deməkdir ki, sosial şəbəkə hesabının özünə müdaxilə edilmədən də illər əvvəl yayımlanmış paylaşımların keçidlərinin məzmununu dəyişmək mümkündür.
Sonxeber.az CNN-ə istinadən xəbər verir ki, Bitly şirkəti noyabrın 15-də məsələ ilə bağlı açıqlama yayaraq bəzi köhnə və fəaliyyətsiz keçidlərin başqa şəxslər tərəfindən yenidən istifadə edilməsinə imkan verən problemin aşkarlandığını bildirib. Şirkət dəyişiklikləri həyata keçirən hesabların dayandırıldığını və təsirlənmiş keçidlərin deaktiv edilməsi istiqamətində iş aparıldığını açıqlayıb.
Karnegi Mellon Universitetinin Heinz İnformasiya Sistemləri və İctimai Siyasət Kollecinin rəqəmsal media üzrə professoru Ari Laytman isə köhnə keçidlərin bu cür dəyişdirilməsinin istifadəçilərin məlumatlarının təhlükəsizliyi baxımından risk yaratdığını bildirib. Onun fikrincə, bu cür zəifliklərdən geniş miqyasda sui-istifadə etmək mümkündür.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 75 Tarix: 16 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş
11:50 121 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 269 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15.11.2026 259 Məktəblərdə payız tətili başladı
Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. BİG.AZ xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsi
10:00 155 Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır
Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi
11:35 152 Mənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 54 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 298 Bu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
10:13 161 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15.11.2026 261