Ağdam ən müasir şəhərə çevrilir

Ağdam ən müasir şəhərə çevrilirAltı il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisini işğal etdilər.

Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurdu, 128 min əhali məcburi qaçqın həyatı yaşamağa məcbur oldu. Işğal nəticəsində rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu və minlərlə insan yaralandı. Düşmən işğal etdiyi digər ərazilə kimi Ağdamda da bütün tikililəri, evləri, mədəniyyət müəssisələrini,tarixi abıdıləri dağıdaraq onların daşlarını da söküb aparmışdılar.

Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Ağdamın işğaldan azad edilməsi Şanlı Qələbə nəticəsində mümkün oldu. Bundan sonra rayonun minalardan təmizlənməsinə, burada bərpa və quruculuq işlərinin aparılmasına başlanıldı. Ağdam yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaqdır. Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdi: "İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir".

Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanıb, infrastruktur layihələrinin planlı şəkildə icrası üçün inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start verilib. 2021-ci 28 may tarixində Prezident İlham Əliyevin Ağdam rayonuna növbəti səfəri zamanı həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olundu. Həmin səfər çərçivəsində ölkə başçısının iştirakı ilə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləri keçirildi. Səfər zamanı həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.

2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, "Park Forest Otel Ağdam" mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, "City Hotel Agdam" mehmanxanasının, daha bir yaşayış məhəlləsinintəməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi.

2023-cü il noyabrın 15-də Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Artıq Ağdam şəhəri 5 ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.

Ümumilikdə isə 2020-2025-ci illərdə ölkə başçısı cənab İlham Əliyev 14 dəfə Ağdamda olub, bu səfərlərin 5-i 2025-ci ilə təsafüf edir. 2025-ci ildəki səfərlər zamanı rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib və Prezident İlham Əliyev bu tədbirlərdə iştirak edib.

2026-cı il noyabrın 6-da isə ölkə başçısının Ağdama növbəti səfəri zamanı Ağdamda sənaye müəssisələrinin açılışında iştirak edib, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub. Qeyd edilməlidir ki, Ağdamda sənaye müəssisələrinin açılması Böyük Qayıdışın iqtisadi əsaslarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin, "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsininaçılışında iştirak edib, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. Bu işlər ilk növbədə burada yaşayan insanların məşğulluq problemlərinin həllində böyük köməklik olacaqdır. Bu gün Ağdamda bərpa-quruculuq işləri böyük sürətlə davam edir. əminik ki, Ağdamı ziyarət edən xarici və yerli jurnalistlərin "Qafqazın Xirosiması" adlandırdıqları şəhər yaxın gələcəkdə ən müasir infrastruktura malık şəhərə çevriləcəkdir.

2023-cü ildən isə biz Ağdamın işğaldan azad edilən günün - noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd etdik. Bu əlamətdar gün münasibəti ilə bütün Ağdamlıları təbrik edirəm.

Vaqif Məmmədov
Ağdam rayon ziyalısı, Kosalı kənd sakini


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 74   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam ən müasir şəhərə çevrilir

Altı il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisin

11:30 48
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

10:13 134
.

Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura

11:06 115
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 364
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 277
.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 97
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15.11.2026 287
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 269
.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 133
.