Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib.
Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidirlər. Həmçinin müəllimlərin intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın hər hansı formasını tətbiq etməsi qadağan olunur.
Maraqlıdır, yeni öhdəliklər məktəblərdə baş verən neqativ halların qarşısının alınmasına kömək edəcəkmi?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, qəbul edilən qərarlar məktəblərdə zorakılıq hallarının qarşısının alınmasına, eyni zamanda şagirdlərin davranışlarının müəllimlər tərəfindən tənzimlənməsinə xidmət edir. Lakin bu zaman müəllimlərin şagirdləri idarə etməsi çətinləşir:
"Çünki müəllimin əlində olan, belə demək mümkündürsə, ünsiyyət vasitələri, yəni təsir imkanları məhdudlaşdırılır. Nəticədə şagirdlər daha sərbəst davranmağa başlayırlar. Belə ki, qaydalarda hətta verbal ünsiyyət vasitəsilə şagirdin sakitləşdirilməsi ilə bağlı tövsiyələr verilir. Ancaq elə şagirdlər var ki, onları bu üsulla sakitləşdirmək və sinfi idarə etmək mümkün olmur".
Ekspertin fikrincə, bu qaydalarla yanaşı, şagirdlərin də məsuliyyətinin artırılması istiqamətində qərarların qəbul edilməsi məqsədəuyğun olardı:
"Belə ki, onların davranışlarına uyğun olaraq xəbərdarlıqların edilməsi, cərimələrin tətbiqi, qırmızı kart sistemindən istifadə olunması, zərurət yarandıqda isə məktəbdən uzaqlaşdırılması və ya daha ciddi nizam-intizam qaydaları olan digər təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutula bilər. Bu tədbirlər məktəblərin idarə olunmasına və zorakılıq hallarının qarşısının alınmasına kömək edə bilər.
Xüsusilə qeyd etmək istərdim ki, elə şagirdlər var ki, valideynləri belə onları evdə nəzarətdə saxlaya bilmir və bütün öhdəlikləri məktəbin üzərinə qoyurlar. Yəni məktəbdən həm təlim, həm də tərbiyə ilə məşğul olmasını gözləyirlər. Təbii ki, bu da müəllimlərin işini bir qədər çətinləşdirir.
Düşünürəm ki, bu cür qərarların qəbul edilməsi ümumilikdə doğru addımdır. Ancaq şagirdlərin məsuliyyətinin artırılması ilə bağlı da qərarların qəbul edilməsi vacibdir. Onlara ciddi xəbərdarlıqların edilməsi, zərurət yarandıqda məktəbdən uzaqlaşdırılması və ya daha sərt nizam-intizam qaydaları olan digər məktəblərə köçürülməsi vasitəsilə təhsil müəssisələrində idarəetməni yaxşılaşdırmaq, eyni zamanda zorakılıq hallarının qarşısını almaq mümkün ola bilər.
Əvvəlki dövrlərdə də görmüşük ki, idarə olunması çətin olan şagirdlər üçün xüsusi məktəblər fəaliyyət göstərib. Həmin müəssisələrdə belə şagirdlərin davranışları xüsusi nizam-intizam qaydaları əsasında tənzimlənib. Təbii ki, bu cür məktəblərə göndərilmək ehtimalı şagirdləri daha məsuliyyətli və intizamlı davranmağa sövq edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 106 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
20:45 150 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
22:18 104 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 257 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
20:15 159 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
19:00 193 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 198 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
18:20 175 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 184 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 207