Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?

Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?Dünyada PJ.2.1 koronavirus variantı yayılır. İnfeksiyaya yoluxma hallarının ABŞ, Kanada və bir sıra Avropa ölkələrində qeydə alındığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu ştamın yaratdığı əlamətlər adi soyuqdəymə və ya mövsümi qriplə oxşardır.

Lent.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, təşkilat 2026-cı ilin dekabrında COVID-19 peyvəndlərinin antigen tərkibinə yenidən baxmağı planlaşdırır.

Bununla əlaqədar alimlər və peyvənd istehsalçıları yeni SARS-CoV-2 ştamları barədə laboratoriya və epidemioloji məlumatları təqdim etməyə çağırılıb. Məlumatlarda PJ.2.1, eləcə də XFG ştamının ST.1 və SW.2.1 alt xətləri, LP.8.1 variantı nəzərə alınmalıdır.

ÜST-nin açıqlamasına görə, məsləhətçi qrup hazırda istifadə olunan peyvəndlərin yoluxma, simptomatik xəstəlik və ağır xəstəlik hallarına qarşı effektivliyini qiymətləndirmək üçün məlumatları nəzərdən keçirəcək. Təşkilat PJ.2.1-i də yeni yaranan variantlar sırasında qeyd edib.

PJ.2.1-in xüsusi əlamətləri müəyyən edilməyib

Mütəxəssislər bildirirlər ki, hazırda PJ.2.1-i əvvəlki koronavirus ştamlarından yalnız əlamətlərə əsasən fərqləndirmək mümkün deyil. Xəstəliyin əsas əlamətlərinə hərarət, üşütmə, öskürək, boğaz ağrısı, burun axması, baş ağrısı, əzələ ağrıları və güclü yorğunluq daxildir.

Bu əlamətlər qrip və digər kəskin respirator virus infeksiyalarında da müşahidə olunduğundan, xəstəliyin səbəbini yalnız insanın özünü necə hiss etməsinə əsasən müəyyənləşdirmək mümkün deyil. Dəqiq diaqnoz və müalicə üsulunun seçilməsi üçün laborator müayinə tələb oluna bilər.

Ştamın ağırlığı ilə bağlı məlumatlar araşdırılır

Hazırda mövcud klinik məlumatlar PJ.2.1-in əvvəlki variantlarla müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu təsdiqləmir. Bununla belə, virusoloqlar bu variantın genetik xüsusiyyətlərini, yayılma sürətini və peyvənddən sonra yaranan immun müdafiədən yayınma imkanını araşdırırlar.

Qeyd edək ki, ÜST-nin açıqlamasında PJ.2.1 barədə məlumatların peyvəndlərin effektivliyini qiymətləndirmək üçün təqdim edilməsi istənilir. Təşkilat həmin açıqlamada variantın ABŞ, Kanada və Avropa ölkələrində yayılması və ya ona xas əlamətlər barədə məlumat verməyib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 58   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1135
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 850
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 871
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

16:00 207
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 770
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 809
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 397
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 721
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3373
.