"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.
Məlumata görə, "Mahal MTK" ilə vətəndaşlar arasında bağlanmış müqavilələrə əsasən, mənzillər göstərilən müddətdə (24-36 ay ərzində) tikilib sahiblərinə təhvil verilməli idi və vətəndaşlar da buna uyğun olaraq bütün maliyyə öhdəliklərini yerinə yetiriblər. Lakin müqavilənin icra müddətinin bitməsinə baxmayaraq, hazırda binalar vaxtında təhvil verilmir, 11 aydan artıq gecikmələr qeydə alınır. Nəticədə bina istismara verilmədiyi üçün sakinlər mənzillərinin mülkiyyət sənədlərini (çıxarış) ala bilmirlər.
"Real Azərbaycan" xəbər verir ki, Bununla yanaşı, şirkət tərəfindən vətəndaşlara qarşı yeni və qanunsuz tələblər irəli sürülür. Belə ki, mənzilini satmaq istəyən sakinlərdən "Mahal MTK" rəhbərliyi hər kvadratmetr üçün 50 manat pul tələb edir. Binadakı ən kiçik mənzillərin sahəsinin təxminən 60 kvadratmetr olduğunu nəzərə alsaq, yalnız müqavilənin adının dəyişdirilməsi (başqa alıcının adına rəsmiləşdirilməsi) üçün sakinlərdən 3000 manat tələb olunur. Vətəndaşların sözlərinə görə, bu məbləğ hər hansı rəsmi bank hesabı vasitəsilə deyil, birbaşa əldən, heç bir qəbz verilmədən nəğd şəkildə rüşvət olaraq yığılır.
Məsələ ilə bağlı nizə danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, tikinti şirkətlərinin bu cür qanunsuz ödənişlər tələb etməsi və müqavilə dəyişikliklərinə əsassız əngəllər törətməsi tamamilə hüquqaziddir:
"Tikinti şirkətlərinin mənzil alqı-satqısı və ya müqavilə dəyişikliyi zamanı vətəndaşlardan əlavə vəsait - xüsusilə hər kvadratmetrə görə pul tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyə görə, bu cür ödənişlər rəsmi qaydada, bank vasitəsilə və yalnız müqavilədə nəzərdə tutulduğu hallarda tənzimlənə bilər. Əldən, qəbzsiz və nağd şəkildə tələb olunan hər hansı məbləğ birbaşa qanun pozuntusudur."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 68 Tarix: 16 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilat elan etdi
Rusiya Ədliyyə Nazirliyi Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilatlar siyahısına daxil edib. xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Nazirliyin açıqlamasında "Droa!" partiyasının (həmçinin "Vaxt gəldi!" və "Pora!" adlar
10:15 166 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
12:39 201 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 353 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
15.11.2026 255 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli
15.11.2026 389 YAP - dünənin, bu günün və sabahın partiyasıdır
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı
12:42 179 Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri
10:29 191 YAP - cəmiyyətin aparıcı qüvvəsi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli
12:51 173 Prezidentin 1 həftəsi... - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:
15.11.2026 297