Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsiAzərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı.
Dövlətimizin başçısının tədbir çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması özündə mühüm məqamları ehtiva edir.
Dublin Zirvə Toplantısının Azərbaycan üçün ən mühüm nəticələrindən biri Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi oldu. Cənab İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğu və enerji sahəsində 30 ildən artıq davam edən tərəfdaşlıq xüsusi vurğulandı. Sözügedən sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir. Birgə Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, iqtisadiyyat, enerji, bərpaolunan enerji, təhsil, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar, həmçinin Orta Dəhlizin inkişafı sahələrini əhatə edir.
Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin münasibətlərində mühüm siyasi hadisədir. Bu sənədin əhəmiyyəti yalnız diplomatik münasibətlərin inkişafı çərçivəsində qiymətləndirilmir. Bu baxlmdan ki, söhbət dünyanın aparıcı siyasi, iqtisadi və hərbi güclərindən biri ilə Azərbaycanın əməkdaşlığının yeni mərhələyə keçməsindən gedir. Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir, NATO-nun aparıcı dövlətləri sırasında yer alır, beynəlxalq maliyyə, ticarət və təhlükəsizlik sistemində mühüm təsir imkanlarına malikdir. Ölkələrimiz arasında əlaqələrin dövrün çağırışlarına uyğun olaraq yeni müstəviyə keçməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, möhkəmlənən mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan Avrasiyanın təhlükəsizlik, nəqliyyat, enerji və geoiqtisadi əməkdaşlıq sistemində əhəmiyyətli tərəfdaşa çevrilib".
Birgə Bəyannamənin əhatə etdiyi sahələrin hər biri Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Sənəd təsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlar. Birgə Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir. Güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir.
Dövlətimizin başçısı İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarında iştirakı və Avropa İttifaqı rəhbərliyi ilə apardığı yüksəksəviyyəli müzakirələr Azərbaycanın beynəlxalq arenada artan rolunun və nüfuzunun təsdiqidir. Dövlət başçısının bu platformalardan ünvanladığı çağırışlar və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın davamlı olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkənin xarici siyasətindəki əsas prioritetləri özündə ehtiva edir. Ölkəmiz Şərqlə Qərb arasında unikal diplomatik körpü rolunu uğurla yerinə yetirir. 2028-ci ildə "Avropa Siyasi Birliyi" Sammitinin Bakıda keçirilməsinə dair qərar da bu çoxşaxəli diplomatiyanın mühüm tərkib hissəsidir. Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarını qorumaqla yanaşı, yeni tərəfdaşlıqlar qurur, diplomatik imkanlarını genişləndirir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq bu uzaqgörən siyasətin mühüm nəticəsi olmaqla bərabər, gələcək inkişaf üçün yeni üfüqlər açır. Dublin Sammiti bir daha sübut etdi ki, Azərbaycan yalnız regionun gələcəyinin müzakirə olunduğu platformalarda iştirak etmir, həm də bu gələcəyin formalaşmasına töhfələr verir.

Tufan Məmmədov - iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 80   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 150
.

Putin, Tramp və Si Cinpin arasında sammitin gündəliyi dəyişdirildi

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra əvvəlcədən razılaşdırılmış sammit gündəliyindən imtina edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Nəşrin jurnalistlər

10:38 182
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 210
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

10:13 180
.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 190
.

Prokuror general qızı haqda qərardan protest verdi

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı

13:52 151
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 0
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15.11.2026 253
.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 180
.