Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələAzərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin və geosiyasi əhəmiyyətinin artmasının növbəti təsdiqidir. 2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında formalaşmış çoxşaxəli əməkdaşlığın yeni strateji istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.
Noyabrın 12-də imzalanmış yeni Bəyannamə bu münasibətlərin sadəcə davamı deyil, dəyişən beynəlxalq reallıqlar fonunda keyfiyyətcə yeni mərhələyə keçididir. Sənədin başlıca siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Böyük Britaniya əməkdaşlığın ənənəvi sahələrini qorumaqla yanaşı, münasibətləri müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil, elm və innovasiya kimi strateji istiqamətlər hesabına daha da zənginləşdirirlər. Beləliklə, tərəfdaşlıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsindən çıxaraq uzunmüddətli hədəflərə və institusional mexanizmlərə əsaslanan geniş siyasi-iqtisadi platformaya çevrilir. Bu yanaşma həm ikitərəfli münasibətlərin dayanıqlığını artırır, həm də qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları açır. Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsinə xüsusi yer ayrılması müasir geosiyasi şəraitin tələbləri baxımından diqqətəlayiqdir. Beynəlxalq təhlükəsizlik arxitekturasının mürəkkəbləşdiyi, geosiyasi rəqabətin kəskinləşdiyi, ənənəvi və yeni təhdidlərin bir-birini tamamladığı indiki dövrdə dövlətlər arasında təhlükəsizlik sahəsində dialoq və koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində təlimlərin keçirilməsi, institusional potensialın gücləndirilməsi, müdafiə sənayesi, sərhəd idarəçiliyi və hüquq-mühafizə istiqamətlərində əməkdaşlığın inkişafı qarşılıqlı maraqlara cavab verir. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində fəal iştirak edən, regional sabitliyə və beynəlxalq sülhə töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Sənəddə əsas məsələlərdən biri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə münasibətdir. Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin bir daha təsdiqlənməsi xüsusi siyasi məna daşıyır. Bu müddəalar Azərbaycanın uzun illər beynəlxalq platformalarda müdafiə etdiyi prinsipial mövqe ilə uzlaşır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda həmin prinsiplərin ikitərəfli strateji sənəddə əks olunması ölkəmizin haqlı mövqeyinə beynəlxalq münasibətin ifadəsi kimi qiymətləndirilməlidir.
Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində həyata keçirilən proseslərə diqqət yetirilməsi də mühüm siyasi məqamdır. Bu, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasətinin beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu göstərir. Azərbaycan postmünaqişə dövründə öz suveren hüquqlarını və milli maraqlarını təmin etməklə yanaşı, regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına da xüsusi önəm verir. Ölkəmizin irəli sürdüyü sülh gündəliyi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın genişləndirilməsi təşəbbüsləri Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm perspektivlər yaradır. Böyük Britaniyanın bu prosesə dəstəyini ifadə etməsi isə regional sülh gündəliyinin beynəlxalq siyasi müstəvidə mövqelərinin güclənməsi baxımından əhəmiyyətlidir. İkitərəfli münasibətlərin iqtisadi əsasları strateji tərəfdaşlığın ən möhkəm dayaqlarından birini təşkil edir.
Böyük Britaniya uzun illərdir Azərbaycanın enerji sektorunda aparıcı xarici tərəfdaşlarından və investorlarından biri kimi çıxış edir. Otuz ildən artıq müddətdə formalaşmış enerji əməkdaşlığı Azərbaycanın beynəlxalq enerji bazarlarına inteqrasiyasında, ölkənin enerji potensialının reallaşdırılmasında və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin artmasında mühüm rol oynayıb. Bununla belə, müasir dövrdə tərəfdaşlığın iqtisadi gündəliyi ənənəvi enerji sektorunun hüdudlarını xeyli aşır. Bərpaolunan enerji mənbələri, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar, infrastruktur və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və yaşıl enerji keçidi istiqamətində müəyyənləşdirdiyi prioritetlərlə üst-üstə düşür.
Strateji tərəfdaşlığın təhsil, elm və innovasiya sahələrini də əhatə etməsi Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada dövlətlərin rəqabət gücü yalnız iqtisadi resurslarla deyil, həm də insan kapitalının keyfiyyəti, elmi-texnoloji potensialı və innovasiya imkanları ilə ölçülür. Bu baxımdan ali təhsil, peşə hazırlığı, süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi ölkəmizin gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdir. Böyük Britaniyanın bu sahələrdə zəngin təcrübəsi universitetlər və elmi-tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsi, mütəxəssis mübadiləsinin genişləndirilməsi və müasir biliklərin Azərbaycana transferi üçün əlverişli imkanlar yaradır. Belə əməkdaşlıq təkcə təhsil sisteminin inkişafına deyil, həm də iqtisadiyyatın yeni texnologiyalar əsasında modernləşdirilməsinə töhfə verə bilər.
Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafında yeni siyasi mərhələnin əsasını qoyur. Sənədin əhəmiyyəti yalnız əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə ölçülmür. Onun əsas siyasi mahiyyəti Azərbaycanın artan geosiyasi rolunun, iqtisadi potensialının və beynəlxalq təşəbbüslərinin aparıcı dünya dövlətləri tərəfindən nəzərə alınmasında ifadə olunur. Böyük Britaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəldilməsi ölkəmizin xarici siyasət əlaqələrinin şaxələndirilməsi, təhlükəsizlik imkanlarının genişləndirilməsi və beynəlxalq iqtisadi sistemdə mövqelərinin möhkəmləndirilməsi baxımından yeni perspektivlər açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini davamlı şəkildə gücləndirir. Bu siyasətin başlıca xüsusiyyətlərindən biri ölkəmizin qlobal güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və milli maraqlara söykənən münasibətlər qurmasıdır. Azərbaycan artıq regional proseslərin yalnız iştirakçısı deyil, həm də siyasi təşəbbüsləri, iqtisadi imkanları və strateji qərarları ilə regionun gələcək inkişafına təsir göstərən mühüm aktordur. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi də bu reallığın növbəti ifadəsidir. Yeni mərhələyə qədəm qoyan münasibətlər qarşılıqlı siyasi etimad, ortaq maraqlar və konkret əməkdaşlıq mexanizmləri əsasında inkişaf edərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, eyni zamanda, regional və qlobal əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 63   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 181
.

Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm

10:42 182
.

Rusiya Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilat elan etdi

Rusiya Ədliyyə Nazirliyi Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilatlar siyahısına daxil edib. xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Nazirliyin açıqlamasında "Droa!" partiyasının (həmçinin "Vaxt gəldi!" və "Pora!" adlar

10:15 166
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

14:42 83
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 247
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 148
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 277
.

Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir

Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley

11:01 174
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 201
.