Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Prezidentdən Xəzər dənizi ilə bağlı - FərmanXəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) (bundan sonra - sahilboyu ərazi) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) həvalə edilib.

Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 (qırx) ştat vahidi artırılıb.

Nazirlər Kabineti altı ay müddətində İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla, aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyən edilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi, sahilboyu ərazidə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət sahələrində dövlət orqanlarının (qurumlarının) idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin sahilboyu ərazinin kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Qanununun tələbləri nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməli, sahilboyu ərazidə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə (icarəyə) verilməsinin Xidmət tərəfindən "bir pəncərə" prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmanın icrasından irəli gələn tədbirlərin (müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri) həyata keçirilməsi, Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 89   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

11:51 400
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 193
.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 177
.

Azərbaycanın xarici siyasətinin növbəti uğuru

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas

14:38 225
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: yeni dünya nizamında nümunəvi əməkdaşlıq modeli

Dünya siyasətində baş verən fundamental dəyişikliklər, geosiyasi rəqabətin güclənməsi və qlobal iqtisadi münasibətlərin yenidən formalaşması dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə beynəlxalq mövqe yalnız siyasi və iqtisadi resurslarla deyil, həm də düzgün tərəfdaşlıq strategiyası

15:06 202
.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 105
.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

15:04 198
.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

12:34 202
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 217
.