Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaqDövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq.

APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plenar iclasında sosial sahə ilə bağlı gələn ilin büdcə layihələri barədə məlumat verərkən bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində vətəndaş rifahının təminatı sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, sayca 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradıldığını qeyd edib.

Nazir 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin cari illə müqayisədə 3,1 faiz artaraq 44,2 faiz, ÜDM-də payının isə 1 faizə yaxın artaraq 13,3 faiz təşkil edəcəyi proqnoz edilir.

Anar Əliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çox olmaqla 9 milyard 221 milyon manat, 2027-ci il üzrə xərclərinin isə 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çox olmaqla 9 milyard 273 milyon manat olmasının proqnozlaşdırıldığını qeyd edib.

O, DSMF-nin gələn il üzrə xərclərinin 96,5 faizinin və ya 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyini, bu göstəricinin 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çox olduğunu vurğulayıb. Bildirib ki, hazırkı proqnoz göstəricilərinə əsasən 2027-ci ildə pensiyaların təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir.

Nazir sosial müdafiə sahəsində aparılan islahatlar çərçivəsində əhaliyə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işləri vurğulayıb. Bu işlərin nəticəsi olaraq cari ilin iyun ayında DSMF-nin "Hamı üçün inklüziv və ədalətli sosial təminat xidmətləri" təşəbbüsü nominasiyası üzrə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, həmin mükafatın dövlət xidmətləri sahəsində beynəlxalq səviyyədə qəbul olunan ən nüfuzlu mükafat olduğunu diqqətə çatdırıb.

Anar Əliyev həmçinin 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirlərinin 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat, fondun xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat həcmində olmasının proqnoz edildiyini bildirib. Qeyd edib ki, gələn il işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.

Nazir icbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2 faiz çox olmaqla 2 milyard 257 milyon manat, fondun gələn ilki xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çox olmaqla 2 milyard 980 milyon manat həcmində proqnoz edildiyini bildirib.

O diqqətə çatdırıb ki, icbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 324
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 476
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 304
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17:46 258
.

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena

22:00 91
.

"Qadın bədəni sınaq meydanına çevrilib"

Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm

11:50 300
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

13:26 381
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17:43 219
.