Yadplanetlilərin cəsədləri və... Uçan naməlum obyektlərlə bağlı yeni sənədlər AÇIQLANDI

Yadplanetlilərin cəsədləri və... Uçan naməlum obyektlərlə bağlı yeni sənədlər AÇIQLANDIPentaqon naməlum uçan obyektlərlə (UNO) bağlı məxfiliyi aradan qaldırılmış yeni sənədlər yayımlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sənədlər arasında 1947-ci ildə ABŞ-nin Rozuell şəhəri yaxınlığında baş vermiş müəmmalı hadisədən sonra yadplanetlilərə məxsus olduğu ehtimal edilən uçuş aparatının və insan mənşəli olmayan varlıqların cəsədlərinin aşkar edilməsi barədə amerikalı hərbçinin ifadələri də yer alır.

Şahidin sözlərinə görə, qəzadan sonra tapılan qalıqlar və cəsədlər ciddi mühafizə olunan anqara aparılıb.

Hərbçiyə isə yumurta formasında olan qeyri-adi aparatı yaxından görməyə icazə verilib.

Hərbçi müəmmalı aparat və cəsədlər barədə nə danışıb?

Açıqlanan sənəddə adı gizlədilmiş amerikalı hərbi zabitin ifadələri yer alır. Məlumata görə, həmin şəxsin 2005-ci ildə vəfat etmiş, Rozuelldəki ABŞ Hərbi Hava Qüvvələri bazasının keçmiş mətbuat katibi Uolter Haut olduğu ehtimal edilir.

Haut ifadəsində bildirib ki, 1947-ci ilin iyul ayının əvvəllərində ABŞ hərbçiləri Nyu-Meksiko ştatında qeyri-adi uçuş aparatı və bir neçə cəsəd aşkar ediblər.

Onun iddiasına görə, tapıntılar sonradan "84-cü bina" və ya "P-3 anqarı" kimi tanınan, ciddi mühafizə olunan əraziyə aparılıb.

Şahidin təsvirinə əsasən, aparat yumurta formasında olub. Onun uzunluğu təxminən 3,6-4,5 metr, eni isə 1,8 metr təşkil edib.

Obyektin üzərində pəncərə, qanad, quyruq və eniş şassisi olmayıb. Aparatın səthi nazik, lakin olduqca möhkəm metalı xatırladıb.

"Mən şəxsən gördüklərimin kosmosdan gəlmiş hansısa aparat və onun ekipajı olduğuna əminəm", - şahid 2002-ci ildə verdiyi ifadəsində bildirib.

Yadplanetlilərin cəsədləri necə təsvir edilib?

Hautun sözlərinə görə, aşkar edilən cəsədlər brezent örtüyün altında saxlanılıb.

O iddia edib ki, örtüyün altından varlıqların başlarını görə bilib. Onların başları bədənlərinə nisbətən qeyri-mütənasib dərəcədə böyük görünüb.

Şahidin təsvirinə əsasən, həmin varlıqların bədən ölçüləri təxminən 10 yaşlı uşaqların bədən quruluşunu xatırladıb. Onların boyu isə təxminən 1,2 metr olub.

Bununla belə, açıqlanan sənəddə sözügedən cəsədlərin həqiqətən yadplanetlilərə məxsus olduğunu təsdiqləyən müstəqil elmi sübutlar təqdim edilmir.

Həmçinin qalıqların anqara aparıldıqdan sonra hansı şəraitdə saxlanıldığı və sonrakı taleyi barədə məlumat verilmir.

1947-ci ildə Rozuelldə nə baş verib?

Sənəddə təsvir edilən hadisə 1947-ci ildə baş vermiş məşhur Rozuell insidenti ilə əlaqələndirilir. Bu hadisə naməlum uçan obyektlərlə bağlı araşdırmalar tarixinin ən çox müzakirə olunan müəmmalarından biridir.

1947-ci il iyulun 8-də ABŞ hərbçiləri Nyu-Meksiko ştatının Rozuell şəhəri yaxınlığında "uçan disk" aşkar etdiklərini açıqlayıblar.

Lakin qısa müddət sonra hadisə ilə bağlı rəsmi məlumat dəyişdirilib. ABŞ rəsmiləri tapılan qalıqların əslində meteoroloji hava şarına məxsus olduğunu bildiriblər.

Sonrakı illərdə Rozuell hadisəsi ətrafında çoxsaylı fərziyyələr və sui-qəsd nəzəriyyələri ortaya çıxıb. Bəzi şəxslər ABŞ hökumətinin yadplanetlilərə məxsus uçuş aparatını və onun ekipajını gizlətdiyini iddia ediblər.

Bununla belə, həmin iddiaları təsdiqləyən etibarlı elmi sübutlar indiyədək ortaya qoyulmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 216   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 324
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 476
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 304
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17:46 258
.

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena

22:00 91
.

"Qadın bədəni sınaq meydanına çevrilib"

Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm

11:50 300
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

13:26 381
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17:43 219
.