Bütün rəqiblərini geridə qoydu: dünyanın ən güclü smartfonu AÇIQLANDI
AnTuTu platformasının oktyabr ayı üzrə hazırladığı ən güclü Android smartfonları reytinqinin lideri məlum olub.
Honor Win 2 modeli yüksək performansı, güclü batareyası və kamera imkanları ilə rəqiblərini geridə qoyub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Honor Win 2 2026-cı ilin oktyabr ayı üzrə AnTuTu reytinqində birinci yeri tutub. Smartfon ən yaxın rəqibi Red Magic 12 Pro+ modelini cəmi 1493 xal qabaqlayıb.
Liderlər arasında cüzi fərq
Honor Win 2 AnTuTu testlərində 4 958 339 xal toplayaraq siyahının zirvəsinə yüksəlib. Red Magic 12 Pro+ isə 4 956 846 xalla ikinci yerdə qərarlaşıb.
Nəticələr göstərir ki, hər iki flaqman smartfonun performansı demək olar ki, eyni səviyyədədir.
iXBT portalının məlumatına görə, Honor Win 2 modeli 10 100 mAh tutumlu batareya və 200 meqapiksellik kamera ilə təchiz olunub. Bu xüsusiyyətlər cihazı həm mobil oyun həvəskarları, həm də yüksək performanslı smartfon axtaran istifadəçilər üçün diqqətçəkən edir.
Eyni prosessor, fərqli soyutma sistemi
Hər iki smartfon Snapdragon 8 Elite Extreme Gen 6 prosessoru ilə işləyir. Lakin cihazlarda istiliyin idarə olunması üçün fərqli texnologiyalardan istifadə edilib.
Honor Win 2 modelində iki hava kanalı olan aktiv soyutma sistemi quraşdırılıb. Kanallardan biri istiliyi birbaşa prosessordan uzaqlaşdırır, digəri isə buxar kamerası ilə əlaqələndirilib.
Red Magic 12 Pro+ modelində isə maye soyutma sisteminin sahəsi genişləndirilib. Əvvəlki tək konturlu sistemin əvəzinə iki konturdan istifadə olunub. Bu sistem həm ana platanı, həm də hava axını kanallarını əhatə edir.
Beləliklə, hər iki istehsalçı yüksək performans zamanı cihazların həddindən artıq qızmasının qarşısını almaq üçün fərqli həllər tətbiq edib.
Ən güclü 10 Android smartfonu
Reytinqdə üçüncü yeri 4 865 546 xalla iQOO 16 modeli tutub. Bu smartfon da Snapdragon 8 Elite Extreme Gen 6 prosessoru ilə təchiz olunub.
AnTuTu-nun oktyabr ayı üzrə ən güclü 10 Android smartfonunun siyahısı belədir:
1. Honor Win 2 - Snapdragon 8 Elite Extreme Gen 6
2. Red Magic 12 Pro+ - Snapdragon 8 Elite Extreme Gen 6
3. iQOO 16 - Snapdragon 8 Elite Extreme Gen 6
4. Xiaomi 18 Fold - Xiaomi Xring O3
5. OnePlus 16 - Snapdragon 8 Elite Extreme Gen 6
6. Honor Magic 9 Pro Max - Snapdragon 8 Elite Extreme Gen 6
7. Vivo X500 Pro Max - Dimensity 9600 Pro
8. Oppo Find X10 Pro Max - Dimensity 9600 Pro
9. Honor Win RT2 - Snapdragon 8 Elite Gen 5
10. iQOO 15 Ultra - Snapdragon 8 Elite Gen 5
Mütəxəssislər bildirirlər ki, belə testlər cihazların prosessor, qrafika və yaddaş performansını müqayisə etməyə imkan verir. Bununla belə, gündəlik istifadə zamanı smartfonun sürəti proqram təminatı, soyutma sistemi və digər amillərdən də asılı ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 217 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigarın yeni avtomobili
"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir
11:19 324 Rəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
14:54 476 İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI
Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda
22:29 0 Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?
Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi
14:59 304 Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini
17:46 258 Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq
Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena
22:00 91 "Qadın bədəni sınaq meydanına çevrilib"
Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm
11:50 300 Evə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
13:26 381 Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın
17:43 219