Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir".

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Media və Yayım Şurasının açıqlamasında deyilir.

Bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu: "Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir.

Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, qanunvericilik normalarını əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil etməyə və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 306   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni Azərbaycan Partiyası: 34 illik siyasi tarix və güclü dövlətçilik strategiyası

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ölkəmizin dövlətçilik salnaməsinə, siyasi inkişaf yoluna və milli ideologiyasının formalaşmasına nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilə

12:33 275
.

Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi

Milli Məclis "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsini qəbul edib. xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 2027-ci il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əməkqabiliyyətli əhali üçün 33

21:00 157
.

Azərbaycanın Fələstinə dəstəyi niyə bəzi dairələri narahat edir?

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi də Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib. Azərbaycan-Fələstin münasibətləri uzun illərdir dostluq və qarşılıqlı dəstək prinsiplər

12:04 243
.

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

Sumqayıtda qadın binadan yıxılıb. xəbər verir ki, İlhamə Məmmədova yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür

19:15 208
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

65 yaşdan sonra isti duş təhlükəli ola bilər

Yaş artdıqca insan dərisi nazikləşir, quruyur və xarici qıcıqlandırıcılara qarşı daha həssas olur. Buna görə də hər gün isti su ilə duş qəbul etmək dəridə qaşınma, qızartı və qıcıqlanmanı gücləndirə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər 65 yaşdan sonra şəxsi gigiyena vərdişlərinə yenidə

18:45 199
.

Ağdamın azad olunması Azərbaycanın tarixi Zəfərinin, siyasi iradəsinin və milli birliyinin təntənəsidir

20 Noyabr Azərbaycan tarixində yalnız bir rayonun işğaldan azad olunması ilə deyil, həm də dövlətimizin milli iradəsinin, siyasi qətiyyətinin və hərbi qüdrətinin nümayişi ilə əlamətdar olan tarixdir. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılmış tarix

12:20 264
.

Putin, Tramp və Si Cinpin nüvə silahı ilə bağlı birgə bəyanat verə bilər

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilə biləcək görüş nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı birgə bəyanatla nəticələnə bilər. xəbər veri

11:33 237
.

Əmək haqqı ödənişləri elektronlaşdırılacaq

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd

21:45 121
.