5 kilometr dərinlikdə 400°C temperatur olan "cəhənnəm": Orada həyat var
Karib dənizində aparılan dərin dəniz tədqiqatı zamanı alimlər Yer səthinin təxminən 5 kilometr altında ekstremal şəraitə malik, lakin canlı orqanizmlərlə zəngin bir mühit aşkar ediblər.
Qaynarinfo "BBC Wildlife Magazine" nəşrinə istinadən xəbər verir ki, burada suyun temperaturu 400°C-dən də yüksək olsa da, su qaynamır və bəzi canlılar bu şəraitdə yaşaya bilir.
Məlumata görə, bu yer Karib dənizində, Kayman çökəkliyində yerləşir. "Bibi hidrotermal sahəsi" adlanan bu zona 4968 metr dərinlikdədir və planetdə məlum olan ən dərin hidrotermal mənbələrdən biridir. O, dərin dəniz robotu tərəfindən kəşf edilib.
Bu mühitdə günəş işığı yoxdur, mineral baxımından zəngin sular isə 401°C-yə qədər qızır. Buna baxmayaraq, burada həyat mövcuddur.
Hidrotermal mənbələr adətən tektonik plitələrin ayrıldığı bölgələrdə yaranır. Dəniz suyu yer qabığının altındakı maqma ilə təmasda olur, qızaraq yenidən səthə qayıdır və özü ilə qazlar və minerallar gətirir. Yüksək temperaturuna baxmayaraq, su təzyiq səbəbindən qaynamır.
Alimlər hidrotermal mənbələri iki əsas növə bölür: "ağ bacalar" və "qara bacalar". "Ağ bacalar" nisbətən daha soyuq olur və əsasən silisium və barit səbəbindən açıq rəngli görünür. "Qara bacalar" isə daha isti olur və tərkibində dəmir sulfidlər olduğu üçün qaranlıq tüstü kimi axıntı yaradır.
Bibi sahəsində məhz "qara bacalar" müşahidə edilib və onlar fabrik borularını xatırladan strukturlar kimi təsvir olunur.
Ekstremal şəraitə baxmayaraq, bu ərazi canlılarla zəngindir. Burada Zoarcidae ailəsinə aid balıqlar, anemonlar, cırxayaq xərçənglər və qeyri-adi krevet koloniyaları aşkarlanıb. Krevetlərin bəzilərinin kürəyində zəif işığı hiss etməyə kömək edən xüsusi orqanlar var.
London Təbii Tarix Muzeyinin tədqiqatçısı Maggi Georgiyeva bildirib ki, bu mənbələrdən çıxan isti maye dəniz suyu ilə qarışdıqda sürətlə soyuyur və müəyyən məsafədə temperatur təxminən 20°C-yə düşür, bu da bir çox canlı üçün yaşamaq imkanı yaradır.
Tədqiqatçılar hesab edirlər ki, bu cür ekosistemlər Yer üzündə həyatın ekstremal şəraitdə belə necə davam edə bildiyini göstərən mühüm nümunələrdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 788 Tarix: 08 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 162 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
21:15 102 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
17:29 173 Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
14:38 186 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
21:30 98 Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?
Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə
13:58 191 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
17:23 164 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 216 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
16:17 184