Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərlə bağlı QƏRAR
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirova hökm oxunub.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Rəşad Əhmədov 18 il, Rövşən Əmirov isə 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, R. Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunaraq Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan suverenliyinə, ərazi toxunulmazlığına, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər yetirən tapşırıqları yerinə yetirib.
Həmçinin, R. Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi R. Əmirov və digər şəxslərlə birlikdə ölkədə etnik və dini zəmində düşmənçilik yaratmağa və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları əks etdirən videomateriallar hazırlayıb. Bu videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılıb və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən "YouTube" kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı aparılmış cinayət işi üzrə Rəşad Əhmədov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1 (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinib. Rövşən Əmirov isə 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1 (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 19 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19.10.2026 423 "44"ün nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Axşam.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir:
19.10.2026 311 Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad
Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa
19.10.2026 251 Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19.10.2026 142 Bu meyvə təzyiqin azalmasına kömək edir
Bəzi meyvələr tərkibindəki vitamin və antioksidantlarla sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Yeni araşdırmada isə az tanınan feixoa meyvəsinin qan təzyiqinə mümkün təsiri diqqət çəkib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yeni Zelandiyanın Oklend Universitetinin alimləri feixo
19.10.2026 294 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 201 İlk tək səyahət üçün ən ideal 5 istiqamət
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur. Qaynarinfo xəbər verir ki, dünyanın 100-də
19.10.2026 139 "Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı
Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl
19.10.2026 283 "Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19.10.2026 500