Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ

Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQErmənistan son günlər Azərbaycan ilə şərti sərhəddə təxribatlarını yenidən intensivləşdirib. Belə ki, avqustun 18-də Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Gorus rayonunun Qaraşen kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin yaratdığı yeni hərbi hissənin görüntüləri yayılıb. Peyk görüntülərindən bu hərbi hissənin əlahiddə artilleriya divizionu olduğu və qoşquda daşınan səkkiz ədəd artilleriya qurğuları ilə təchiz edildiyi aydın olub.

Ermənistanın hücum silahlarını məhz Azərbaycan ilə sərhədin çox yaxınlığında yerləşdirməsi, şübhəsiz ki, bu ölkənin yeni təxribatlara və eskalasiyaya hazırlaşdığını nümayiş etdirir. Əks halda, rəsmi İrəvanın revanşist mövqedə olduğunu nümayiş etdirən növbəti fakt cəmi bir gün sonra üzə çıxmazdı. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Mövzunu Oxu.Az-a dəyərləndirən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistanın şərti həmsərhəd bölgədə təxribatlarını artırması bu ölkənin riyakar planlarından xəbər verir:
Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ"Ümumilikdə isə İkinci Qarabağ müharibəsindən bu günə qədər Ermənistan hərbi-siyasi rəhbərliyinin sülhdən danışdığı halda, bunun əksinə olaraq havadarlarının dəstəyilə daha çox silah-sursat almağa və ordunun yenidən formalaşdırılması istiqamətində ciddi addımlar atmağa çalışdığını müşahidə edirik. Son günlərdə Ermənistanın Gorus istiqamətində yeni hərbi baza tikməsi ilə bağlı yayılan xəbərlər də bu ölkənin gələcəkdə daha geniş təxribatlara hazırlaşdığını bir daha göstərir".

"Əlbəttə ki, Ermənistan bu addımların onun üçün yaxşı nəticələr vəd etmədiyini başa düşməlidir. Çünki Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif bəhanələr və absurd açıqlamalarla bu təxribatları təkzib etməyə çalışsa da, reallıq göz önündədir. Təxribatların xarakterinə baxdığımız zaman da burada təkcə mövqelərimizin atəşə tutulması deyil, eyni zamanda, kəşfiyyat xarakterli addımlar da görünür ki, bu da Ermənistanın yaxşı niyyətdə olmadığını bir daha nümayiş etdirir. Ermənistanın hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, bu addımlar ilk növbədə onların özü üçün zərərlidir", - deyə ekspert vurğulayıb.

Müsahibimizin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin son xəbərdarlığı Ermənistan hakimiyyəti üçün ciddi bir siqnal olmalıdır:

"Yəni Ermənistan hakimiyyəti bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Təxribatların davam etməsi Azərbaycanı zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qoyacaq ki, bu tədbirlərin doğurduğu nəticələrdən də yalnız Ermənistan və havadarları məsuliyyət daşıyacaqlar".

Hərbi ekspert Ədalət Verdiyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan bu ilin 5 aprelində ABŞ və Avropa İttifaqı ilə hərbi pakt imzaladıqdan sonra özünü kifayət qədə aqressiv aparır:
Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ"Bu aqressiv davranışlar dava əvvəl Azərbaycan ərazilərində kəşfiyyat məqsədli PUA uçuşlarının həyata keçirilməsi və atəşkəsin Laçın, Kəlbəcər istiqamətində kifayət qədər intensiv şəkildə pozulması ilə müşahidə olunurdu. Son zamanlar isə atəşkəs pozuntuları daha çox Naxçıvan istiqamətində qeydə alınır. Paralel olaraq da Ermənistan danışıqlar masasından imtina edir və Azərbaycanla şərti sərhəddə yeni və ağır silahlarla təchiz olunan hərbi hissələr yaradır.

Digər tərəfdən isə mütəmadi olaraq ABŞ, Fransa və Hindistandan silahlar əldə edir və bu fəaliyyətlərin hamısı ümumilikdə Ermənistanın növbəti genişmiqyaslı təxribatlara, hətta eskalasiyaya hazırlaşdığını deməyə əsas verir. Görünən odur ki, Ermənistan Qərb tərəfdaşlarının verdiyi hərbi, siyasi və maliyyə dəstəyi nəticəsində öz potensialını bərpa etməyə və Azərbaycana qarşı revanşist addımlar atmağa hazırlaşır".

"Biz əvvəllər də, Laçın istiqamətində "Qaragöl" və Kəlbəcər istiqamətində "Qisas" əməliyyatları zamanı Ermənistanın buna bənzər davranışlarının şahidi olmuşduq. Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması və keçirilən bu əməliyyatların Ermənistan üçün hansı ağır nəticələrlə yadda qaldığı da heç kimə sirr deyil", - deyə ekspert vurğulayıb.

Müsahibimiz hesab edir ki, düşmənin mövqelərimizi atəşə tutduğu nöqtələr dərhal zərərsizləşdirilməli, orada yerləşən şəxsi heyət və silahlar isə tam məhv edilməlidir:

"Əgər bu mövqelər Azərbaycan üçün hansısa əhəmiyyət daşıyırsa, o zaman Azərbaycan əsgəri və bayrağı həmin döyüş mövqelərində olmalıdır. Yox, həmin mövqelərin bizim üçün xüsusi bir əhəmiyyəti yoxdursa, onda Azərbaycan bu mövqeləri daim nəzarət altında saxlamalı və düşməni həmin mövqelərdə yerləşməsinə imkan verməməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1137   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

19.10.2026 312
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 231
.

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl

19.10.2026 256
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.

Sabah pensiyalar tam ödəniləcək

Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

19.10.2026 297
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 222
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

19.10.2026 270
.

Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları

19.10.2026 213
.