Aylardır itkin düşən Rasimin ailəsi şübhələndiyi şəxsin adını açıqladı: Dindirilməsi tələb edilir
Baş prokuror Kamran Əliyev növbəti dəfə 8 ay əvvəl itkin düşən 11 yaşlı Rasim Xankişiyevin nənəsini qəbul edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün itkin azyaşlının nənəsi Zemfira Xankişiyeva hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla görüşüb.
Kamran Əliyev artıq dördüncü dəfədir Rasimin yaxınlarını qəbul edib, istintaqın gedişi ilə bağlı məlumat verib. Budəfəki görüş Xətai Rayon Prokurorluğunda baş tutub.
K.Əliyev Z.Xankişiyevanı əmin edib ki, nəvəsinin işi ilə bağlı bütün zəruri işlər yerinə yetirilir. İstintaqın gedişi ilə bağlı ona mütəmadi məlumat verilir. Hazırda Rasimin Qarabağ kanalında batması ehtimalı ilə bağlı axtarış davam edir. Fövqəladə Hallar Nazirliyinin və SOCAR əməkdaşları tərəfindən kanalın axtarılmayan qollarına baxış keçirilir.
Sabah isə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Rasimin bütün ailə üzvlərini qəbul edəcək.
Ailənin nümayəndəsi Samir Zeynalov deyib ki, Rasimin itkin düşməsi ilə bağlı onların şübhələndiyi bir nəfər var. Ailə iki dəfə fərqli ifadə verən həmin şəxsin də dindirilməsini baş prokurordan xahiş edib.
Qeyd edək ki, hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1838 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr
Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri
19.10.2026 312 Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"
19.10.2026 231 Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı
NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl
19.10.2026 256 İtinizə bu 7 sözü deməyin
İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay
19.10.2026 221 Sabah pensiyalar tam ödəniləcək
Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək
19.10.2026 297 Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel
19.10.2026 222 Həkimlikdən nazir postuna...
Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo
19.10.2026 354 Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər
Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"
19.10.2026 270 Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları
19.10.2026 213