Evi, maşını var, ailəsi və övladı yoxdur: Qardaş, bacı uşaqları hansı halda miras ala bilərlər? - AÇIQLAMA
Öz adına evi, maşını və torpaq sahəsi olan şəxsin ailəsi və uşaqları olmadığı təqdirdə mirasının kimə qalacağı müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
"Əmim xəstədir. 68 yaşı var. Nə ailəsi, nə də uşaqları var. Qardaş-bacılarından da sağ qalan yoxdur. Əgər vəsiyyətnamə yoxdursa, onun başına nəsə gələcəyi halda bacısı, yoxsa qardaşı uşaqlarının o mirasa sahib çıxma haqqı var?" - deyə sosial şəbəkə istifadəçisi sual edib.
Bu məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran hüquqşünas Pərviz Məmmədov bildirib ki, vərəsəlik ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır.
"Vərəsəlik Mülki Məcəlləyə əsasən təyin olunur. Məcəllənin 1159.1.1-ci bəndinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2 -ci bəndinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
Məcəllənin 1159.2-ci bəndinə əsasən isə ikinci növbədə - ölənin bacıları və qardaşları mirasa sahiblik edə bilərlər.
Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın.
Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Yəni əvvəlki növbənin vərəsələrindən ən azı birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir", - deyə hüquqşünas vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 833 Tarix: 24 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkə
12.04.2026 255 SEPAH ABŞ-ni hədələdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni hədələyib. xəbər verir ki, bu barədə SEPAH sosial şəbəkə hesabında bəyanatını yerləşdirib. "Bütün hərəkətlər silahlı qüvvələrin tam nəzarəti altındadır. Düşmən hər hansı səhv addım atacağı təqdirdə Hörmüz boğazında ölümcül girdaba düşəcək"
12.04.2026 201 Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb
Bu ilin yanvar ayında Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 758 ton qurudulmuş üzüm idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq - 26 % çoxdur
12.04.2026 212 Britaniya Ukraynanın müdafiə sistemlərindən istifadə etməkdə maraqlıdır
Ukrayna öz müdafiə layihələrini Qərb ölkələrinə ixrac etməklə mövqelərini gücləndirə bilər. "Report"un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bu fikri Böyük Britaniya müdafiə nazirinin müavini Alisteyr Karns Kiyevə səfəri zamanı ifadə edib. Onun sözlərinə görə, London Ukrayna layihələrini
12.04.2026 188 Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib. -ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalic
12.04.2026 271 Bu ilin ilk üç ayında Azərbaycanda 15-ə yaxın meyit donorunun orqanı başqasına köçürülüb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15-ə yaxın transplantasiya əməliyyatı meyit donordan götürülmüş orqanlar vasitəsilə icra olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Həmçini
12.04.2026 202 WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var
İranın minlərlə raketi var və məhv edilən raket buraxılış məntəqələrini bərpa etməyə qadirdir. "Report" "Wall Street Journal"a istinadən xəbər verir ki, bunu ABŞ kəşfiyyatı müəyyənləşdirib. "İranın hələ də yeraltı anbarlarda yerləşən qurğulardan istifadə edərək buraxa biləcəy
12.04.2026 232 Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilat
12.04.2026 201 Vens: ABŞ və İran İslamabadda keçirilən danışıqlarda razılığa gələ bilməyib
Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib. "Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "İranlılarla bi
12.04.2026 169