Xoşuna gəlməyən adamları polisə verdi - Özü saxlanıldı

Xoşuna gəlməyən adamları polisə verdi - Özü saxlanıldıAvqustun 25-də vətəndaş Mərhəmət Mehdiyev "102" Xidməti-Zəng mərkəzi və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edərək "Əbdül", "Tofiq" və "Taleh" adlı şəxslər tərəfindən avtomaşına əyləşdirilib başına beşbarmaqla vurularaq 164 manatının və mobil telefonunun əlindən zorla alınması barədə məlumat verib.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. M.Mehdiyevin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tofiq Tağıyev və Əbdül Məmmədov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində qeyd olunanları inkar edərək M.Mehdiyevə qarşı heç bir cinayət əməli törətmədiklərini, onun pulunu və telefonunu əlindən almadıqlarını bildiriblər. Həyata keçirilən əlavə istintaq hərəkətləri zamanı M.Mehdiyev ilkin ifadəsində qeyd etdiklərinin tam əksinə olaraq həmin şəxslər tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını, pulunun və mobil telefonunun əlindən alınmadığını bildirib.

O, aralarında əvvəllər olmuş narazılıqlarla bağlı həmin şəxslərin həbs olunmasını istədiyini və buna görə də bilərəkdən ağır cinayət hadisəsi barədə polisə yalan məlumat verdiyini qeyd edib. İş üzrə Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanan Cinayət İşi həmin məcəllənin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə tövsif olunub. T.Tağıyev və Ə.Məmmədov sərbəst buraxılıb. M.Mehdiyev isə Cinayət Məcəlləsinun 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli

19.10.2026 229
.

Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad

Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa

19.10.2026 251
.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 263
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19.10.2026 500
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

D vitamini kimlər üçün vacibdir? - 5 risk AÇIQLANDI

D vitamininin qəbulu ilə bağlı müxtəlif və bəzən ziddiyyətli fikirlər mövcuddur. "Günəş vitamini" adlandırılan D vitamini sümüklərin sağlamlığından immun sisteminin fəaliyyətinə qədər orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir. xarici mediaya istinadən xəbər verir ki, endokrinolo

19.10.2026 259
.

"Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı

Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl

19.10.2026 283
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 210
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 351
.