Azərbaycanda həkim cərrahi əməliyyat zamanı canlı yayım açdı
Bakıda özəl tibb müəssisələrinin birində əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açılması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, əməliyyat edən həkimlərdən biri yazılan şərhləri oxuyur və cavablandırır. Otağa isə təmizliklə bağlı tez-tez girib-çıxan əməkdaşlar var. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.
Bəs görəsən, əməliyyat zamanı canlı yayıma niyə icazə verilir? Özəl müəssisələrə nəzarət edən hansısa qurum varmı?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu belə cavablandırıb:
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Özəl tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və nəzarətin həyata keçirilməsi TƏBİB-in səlahiyyətləri daxilində deyil".
Məsələ ilə bağlı əməliyyatda iştirak edən və canlı yayımda üzü görülən Rauf Rəhimli ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:
"Bildirmək istəyirəm ki, canlı yayım əməliyyat bitdikdən sonra açılıb. Yayımda əməliyyat icra olunmur. Sadəcə, yara silinir və sarğı edilir. O proses yanımızdakı tibb bacısı tərəfindən icra olunur və mən sadəcə, ona nəzarət edirəm. Yayımda mənim tərəfimdən heç bir əməliyyat icra edilmir. Mən cərrahi assistent olaraq prosesə köməklik edirdim. Yayımın məqsədi insanlara cərrahi əməliyyatların qorxulu olmadığını bildirməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4812 Tarix: 27 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri
Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli
19.10.2026 229 Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad
Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa
19.10.2026 251 Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 263 "Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19.10.2026 500 Həkimlikdən nazir postuna...
Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo
19.10.2026 354 D vitamini kimlər üçün vacibdir? - 5 risk AÇIQLANDI
D vitamininin qəbulu ilə bağlı müxtəlif və bəzən ziddiyyətli fikirlər mövcuddur. "Günəş vitamini" adlandırılan D vitamini sümüklərin sağlamlığından immun sisteminin fəaliyyətinə qədər orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir. xarici mediaya istinadən xəbər verir ki, endokrinolo
19.10.2026 259 "Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı
Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl
19.10.2026 283 "Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"
Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd
19.10.2026 210 Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19.10.2026 351