Kiberşəbəkə ifşa olundu - 400 vətəndaşa ziyan vurublar
Daxili İşlər Nazirliyinə (DİN) son dövrlər ödəniş sistemləri, online alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir.
"Qafqazinfo" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar.
Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər.
Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar. Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər.
Nəzərə almaq lazımdır ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.
Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 532 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri
Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli
19.10.2026 229 Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad
Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa
19.10.2026 251 Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 263 "Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19.10.2026 500 Həkimlikdən nazir postuna...
Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo
19.10.2026 354 D vitamini kimlər üçün vacibdir? - 5 risk AÇIQLANDI
D vitamininin qəbulu ilə bağlı müxtəlif və bəzən ziddiyyətli fikirlər mövcuddur. "Günəş vitamini" adlandırılan D vitamini sümüklərin sağlamlığından immun sisteminin fəaliyyətinə qədər orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir. xarici mediaya istinadən xəbər verir ki, endokrinolo
19.10.2026 259 "Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı
Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl
19.10.2026 283 "Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"
Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd
19.10.2026 210 Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19.10.2026 351