Baş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaq

Baş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaqAilədaxili zorakılığın və həkim səhlənkarlığının qurbanı olduğu iddia olunan Nərmin Mustafayevanın ölümü ilə bağlı xitam verilmiş cinayət işinin istintaqı yenilənib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev göstəriş verib.

Nərminin atası Rafiq Mustafayev nümayəndəsi, hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla Şəkidə keçirilən qəbulda görüşüb. Valideyn məlumat verib ki, əri tərəfindən şiddətə məruz qalan 20 yaşlı qızı 2023-cü ilin mayın 27-də bədənin müxtəlif nahiyələrindəki ağrılar, dəqiqləşdirilməmiş qızdırma səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valideynin iddiasına əsasən, həkimlər gərəkli diqqət göstərmədiyi üçün qızı 3 gün sonra orada vəfat edib.

Baş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaqR.Mustafayevin sözlərinə görə, qızı müayinə üçün zəruri tibbi avadanlıqların olmaması və gecikən müalicə nəticəsində vəfat edib. İş üzrə 3 dəfə ekspertiza təşkil olunub. Hər 3 ekspert rəyində həkimlərin səhlənkarlığı qeyd olunsa da, istintaq orqanı rəylər arasında ziddiyyəti əsas gətirərək təkrar ekspertiza keçirilməsini zəruri sayıb. Həmin ekspertizada ölümə hər hansı xəsarətin səbəb olmadığı qeyd olunub. Eyni zamanda Nərminin bədənində olan xəsarətlərin həyat yoldaşı tərəfindən yetirilməsi araşdırılmayıb. Həmçinin ata qızının ərinin ailəsi tərəfindən həkimlərə təsir göstərildiyindən də şübhələnir.

Hadisədən sonra Balakən Rayon Prokurorluğunda həkimlərlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Lakin həmin cinayət işinə mayın 30-da xitam verilib. Xitam qərarı işdə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb.

Ailə isə bununla razılaşmır, qızlarının ölümünə düzgün hüquqi qiymət verilmədiyini düşünürlər. Onlar bu fikirlərini respublika prokuroruna da deyiblər.
Baş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaqBaş prokuror valideyni dinləyib, şikayətin təkrar dərindən araşdırılması ilə bağlı prokurorlara göstəriş verib.

Qeyd edək ki, Nərmin ölümündən 2 il əvvəl ailə qurmuşdu. Onun 1 övladı yadigar qalıb. Bu hadisə ilə bağlı dəfələrlə televiziya verilişlərində müzakirə gedib. Həm Nərminin əri, həm atası açıqlamalar verib.
Baş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaqBaş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaqBaş prokuror göstəriş verdi: Bir uşaq anasının ölümü yenidən araşdırılacaq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1261   Tarix: 29 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli

19.10.2026 229
.

Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad

Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa

19.10.2026 251
.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 263
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19.10.2026 500
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

D vitamini kimlər üçün vacibdir? - 5 risk AÇIQLANDI

D vitamininin qəbulu ilə bağlı müxtəlif və bəzən ziddiyyətli fikirlər mövcuddur. "Günəş vitamini" adlandırılan D vitamini sümüklərin sağlamlığından immun sisteminin fəaliyyətinə qədər orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir. xarici mediaya istinadən xəbər verir ki, endokrinolo

19.10.2026 259
.

"Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı

Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl

19.10.2026 283
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 210
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 351
.