Ofeliya Sənani vəsiyyət etdi: "Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanıdır"
"Mən hər zaman sənətimi sevmişəm. Heç vaxt sənətimi kiminsə gözündən salmağa çalışmamışam. Mənə o qədər təkliflər gəldi ki, gəl bu sənətdən əl çək. Amma bir an olsun belə sənətimdən uzaqlaşmadım. Bizsiz dublyaj olmurdu. Adil İsgəndərov o vaxt kinostudiyanın rəhbəri olanda məni dəvət etdi. Qarşısında kino lentləri var idi. Dedi ki, qızım, bu lentləri görürsən? Bunlar 100 illərlə yaşayacaq. Amma televiziyada danışırsan, gedir, tarixdə qalmır. Dedi ki, gəl kinostudiyaya, maaşını da sənə artıq verək, bizdə çalış, dublyajda da işlə, filmlərə də çəkil. Deyirdi ki, heyifsən, amma getmədim, televiziya mənim üçün doğma olub".
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib:
"Aparıcı verilişini öz övladı, doğması bilməlidir. Bu vacibdir. Bunu bilməyən aparıcı, əlbəttə ki, sabah tamaşaçısına hörmət etməyəcək. Bəzən görüb əsəbiləşirəm. Özlərinə hörmət etmirlərsə, tamaşaçıya hörmət etsinlər. Dayana bilmirəm, zəng edib tövsiyələrimi verirəm. Eşidən eşidir, eşitməyən də eşitmir. Geyimlərini bilmirlər, aksesuarlarını bilmirlər, bəzənib-düzənməklərini bilmirlər. Biz hörmət qazanmışıq. Onlar da çalışsınlar hörmət qazansınlar".
Səhhətinə görə müalicə alan sənətkar övladlarına vəsiyyət etdiyini də deyib:
"Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi. Dedi ki, səndən gözləməzdim. Mənim o evimdən heyf! Çox qonaqpərvər, qapısı açıq ev idi. Elə bil ki, ev özü dəvət edirdi hər kəsi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1993 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı
Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl
19.10.2026 283 Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər
Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"
19.10.2026 270 Trampın Özbəkistana səfəri planlaşdırılır
Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib. "Biz səfərin baş tutmasını istərdik
19.10.2026 241 Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 263 Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr
Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri
19.10.2026 312 Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi
19.10.2026 392 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19.10.2026 257 Alyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19.10.2026 423 Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19.10.2026 154