Taksi şirkətləri faizləri ARTIRDI – Qiymətlər yenidən YÜKSƏLƏCƏK?

Taksi şirkətləri faizləri ARTIRDI – Qiymətlər yenidən YÜKSƏLƏCƏK?Taksi xidmətlərinin qiymətləri yüksələndən bəri insanlar sürücülərin qazanclarının da artdığını düşünür.

Bizim.Media-ya danışan taksi sürücülərinin verdiyi məlumata görə, taksi xidməti göstərən şirkətlər sürücülərdən aldıqları faizlərin miqdarını qaldırıblar. Belə ki, əvvəllər sürücülər qazanclarının 17 faizini şirkətə ödəyirdisə, artıq 25 faizini ödəməli olur. Belə olduqda isə təbii ki, onların da qazancı azalır.

Şirkətlərin faizləri artırması nəyi dəyişəcək?

İqtisadçı Elşad Məmmədov açıqlamasında belə halların iqtisadiyyata zərər vurduğunu deyib:

"Taksi qiymətlərinin bahalaşması, eyni zamanda taksi sürücülərindən alınan faizlərin artırılması ilə bağlı qərarları doğru hesab etmirəm. Xüsusilə də, işgüzar fəallığın stimullaşdırılmasına ehtiyac olduğunu nəzərə alsaq, daxili bazarın stimullaşdırılmasına ehtiyac var. Bu da ilk növbədə alıcılıq qabiliyyətinin, istehlakçılarda vəsaitlərin çoxalmasının zəruriliyini göstərir. Belə olan təqdirdə, vəsaitləri istehlakçılardan fiskal siyasətin sərtləşdirilməsi ilə müxtəlif istiqamətlər üzrə tariflərin, vergilərin, rüsumların artırılması hesabına büdcə daxilolmalarının artırılması məqsədi qoyulursa, bu uğursuz addımdır.

Çünki nəzərə almaq lazımdır ki, biz həmin vəsaitləri bazardan çəkirik. Bu da iqtisadi nöqteyi nəzərdən alıcılıq qabiliyyətinin azaldılması ilə insanların əllərində olan vəsaitlərin azalması nəticəsində iqtisadiyyata mənfi təsir göstərir".

Bu durum taksi sürücülərinə necə təsir edir?

İqtisadçı bildirir ki, taksi qiymətləri ilə paralel faizlərin artırılması sosial baxımdan da arzu olunan deyil.

"Hər bir sosial-iqtisadi siyasət insanların sosial rifahının yüksəlməsinə xidmət etməlidir. Bu qərarlar isə əksinə insanların sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Bu həm taksi sürücülərinə, həm də taksi xidmətlərindən istifadə edən istehlakçılara aiddir. İstər nəqliyyat xərcləri, istərsə də kommunal xərclər insanların aldıqları əməkhaqqı ilə uzlaşmalıdır. Əməkhaqqının kritik dərəcədə böyük hissəsi bu istiqamətlərə yönəlməməlidir".

Taksi şirkətləri niyə faizi qaldırdılar?

Nəqliyyat eksperti Aslan Əsədov isə deyir ki, şirkətlər faizləri qaldırmağa məcbur qalıblar:

"Əvvəl şirkətlərin əlavə xərcləri olmurdu deyə, çox faiz tələb etmirdilər. Amma indi digər rüsumlar tətbiq olunur. İcazələrin alınması, rüsumların ödənməsi xərclərin çoxalmasına gətirib çıxardı. Şirkət öz xərclərini gəlir üzərində qurduğu üçün sürücülərdən tutulan faizləri 17-dən 25-ə qaldırdılar".//Bizim.Media


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1063   Tarix: 01 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?

"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib

19.10.2026 249
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 210
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19.10.2026 215
.

Süni intellekt xəstələrə beyinləri ilə bağlı suallara cavab verə biləcək

Süni intellekt texnologiyası tibbdə yeni imkanlar yaradır. ABŞ-da Pensilvaniya Universitetinin alimləri pasiyentlərə tibbi cihazlarla mobil telefon vasitəsilə ünsiyyət qurmağa, sağlamlıq göstəriciləri barədə məlumat almağa və vəziyyətlərindəki dəyişiklikləri daha yaxşı anlamağa imkan verən sistem hazırlayıblar

19.10.2026 233
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

19.10.2026 392
.

Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır

Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər

19.10.2026 324
.

Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad

Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa

19.10.2026 251
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19.10.2026 257
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19.10.2026 423
.