Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib

Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib"Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi təəssüf doğurur".

"Report" xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

"Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir", - A.Hacızadə vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır:

"Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin "sülh sazişi" layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil".

XİN rəsmisi bildirib ki, Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir:

"Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir. Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Ermənistan Baş nazirinin bu problemləri göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 511   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?

"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib

19.10.2026 249
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 210
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19.10.2026 215
.

Süni intellekt xəstələrə beyinləri ilə bağlı suallara cavab verə biləcək

Süni intellekt texnologiyası tibbdə yeni imkanlar yaradır. ABŞ-da Pensilvaniya Universitetinin alimləri pasiyentlərə tibbi cihazlarla mobil telefon vasitəsilə ünsiyyət qurmağa, sağlamlıq göstəriciləri barədə məlumat almağa və vəziyyətlərindəki dəyişiklikləri daha yaxşı anlamağa imkan verən sistem hazırlayıblar

19.10.2026 233
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

19.10.2026 392
.

Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır

Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər

19.10.2026 324
.

Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad

Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa

19.10.2026 251
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19.10.2026 257
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19.10.2026 423
.