İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib
Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
1 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən Özbəkistan mühüm uğurlara və nailiyyətlərə imza atmışdır. Bütün bunların təməlində Sizin yorulmaz əməyiniz, rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Biz qardaş ölkənizin bütün uğurlarına, iqtisadi yüksəlişinə, dünyada və regionda gündən-günə artan nüfuzuna sevinir, bundan qürur hissi duyuruq.
Bir neçə gün əvvəl gözəl ölkənizə həyata keçirdiyim dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına yeni təkan vermişdir. Dövlətlərarası əməkdaşlığımızı daha da dərinləşdirmək əzminizi yüksək qiymətləndirir, müzakirə etdiyimiz planları ən qısa zamanda reallaşdıracağımıza əminliyimi ifadə edirəm.
Fəxr ilə qeyd etmək olar ki, möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün daha da inkişaf edir və yeni məzmunla zənginləşir. İkitərəfli əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.
İntensiv xarakter daşıyan ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin nəticəsi olaraq əldə olunmuş mühüm razılaşmalar, müəyyən edilmiş yeni tərəfdaşlıq istiqamətləri, imzalanmış çoxsaylı sənədlər strateji tərəfdaşlığımızın yüksələn xətlə və hərtərəfli inkişaf etdiyinin əyani göstəricisidir.
Əminəm ki, Azərbaycan-Özbəkistan dostluğunun və qardaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 542 Tarix: 01 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?
"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib
19.10.2026 249 "Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"
Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd
19.10.2026 210 Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19.10.2026 215 Süni intellekt xəstələrə beyinləri ilə bağlı suallara cavab verə biləcək
Süni intellekt texnologiyası tibbdə yeni imkanlar yaradır. ABŞ-da Pensilvaniya Universitetinin alimləri pasiyentlərə tibbi cihazlarla mobil telefon vasitəsilə ünsiyyət qurmağa, sağlamlıq göstəriciləri barədə məlumat almağa və vəziyyətlərindəki dəyişiklikləri daha yaxşı anlamağa imkan verən sistem hazırlayıblar
19.10.2026 233 Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi
19.10.2026 392 Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır
Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər
19.10.2026 324 Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad
Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa
19.10.2026 251 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19.10.2026 257 Alyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19.10.2026 423