Hikmət Hacıyev: Aİ missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur

Hikmət Hacıyev: Aİ missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdurArtıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur.

"Report"un Azərtac-a istinadən verdiyi xəbərə əsasən, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

O qeyd edib ki, prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatı bunu deməyə əsas verir:

"Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib".

H.Hacıyev vurğulayıb ki, hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır.

Ermənistanın baş naziri Nikol Paşinyanın son fikirlərinə toxunan Prezidenti köməkçisi deyib: "Ermənistanın baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var. Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir. Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 445   Tarix: 01 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Sakit okeanda, Kamçatka yarımadası yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanın episentri Petropavlovsk-Kamçatski şəhərindən 521 kilometr

28.07.2026 188
.

Tramp və Netanyahu arasında 90 dəqiqəlik qapalı görüş keçirildi - əsas müzakirə mövzusu İran olub

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə qapalı görüş keçirib. Təxminən 90 dəqiqə davam edən görüş ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra iki liderin ilk üzbəüz təması kimi qiymətləndirilir. Məlumata görə, görüşdə İranın nüvə proqramı

28.07.2026 118
.

Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB

Xəbər verildiyi kimi, tanınmış rep ifaçısı Elşad Xosenin səhhətində ciddi problemlər yarandığı və bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi iddia olunur. Məlumata görə, ifaçının vəziyyətinin ağır olduğu bildirilir. İddiaların həqiqətə uyğun olub-olmadığın

28.07.2026 436
.

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İsrail İranın enerji infrastrukturuna zərbə endirməyi planlaşdırır, lakin ABŞ hələlik bu planı dəstəkləmir. APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz açıqlama verib. Nazirin sözlərinə görə, Vaşinqton hesab edir ki, belə bir hücum Tehranın regiondakı hədəflərə cavab zərbələri endirməsin

28.07.2026 159
.

ABŞ-da qasırğa: 30 mindən çox ev işıqsız qaldı

ABŞ-ın Viskonsin ştatında baş verən güclü qasırğa genişmiqyaslı dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub. xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti məlumat yayıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Qasırğa səbəbindən 30 mindən çox ev elektriksiz qalıb və elektri

28.07.2026 162
.

12 iyul imtahan nəticələri açıqlandı

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirili

28.07.2026 234
.

"Yatmış gözəl"in əsl qəsri: Harada yerləşir və turistləri nə ilə valeh edir?

Nağıllardakı "Yatmış gözəl" qəsrinin uydurma olduğu düşünülsə də, bu obraza ilham verdiyi hesab edilən real qəsr Fransada, Luara vadisinin mərkəzində yerləşir. Qaunarinfo xəbər verir ki, bu barədə Divany.hu nəşri yazıb. Söhbət Luara və Endr çaylarının qovuşduğu ərazidə, Şinon meşəsinin kənarınd

28.07.2026 130
.

Televizora çox baxmaq beynimizi "əridirmiş"

Televizor qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün zərərli vərdişlərdən biri ola bilər. Yeni araşdırmaya görə, orta yaşda televizora daha çox baxan insanların beyninin bəzi hissələrində həcm azalması müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, "Alzheimer's & Dementia"

28.07.2026 136
.

Zidan rəsmən Fransa millisində

Dünya və Avropa çempionu, "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FF) Mətbuat xidməti məlumat yayıb. Zidan Fransa millisinin baş məşqçisi vəzifəsini

28.07.2026 153
.

TOP MP3