20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - AdlarAzərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

Qasımov Rəşad Bəhram oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;

Seidova Vəfa Yusif qızı - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

Məşədiyeva Dilarə Yusif qızı - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

Qurbanzadə Elmar Nazim oğlu - Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

Vəzirova Səbinə Rafiq qızı - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

Mürsəlov Mürsəl Fərhad oğlu - "Sanator-Kurort Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin baş direktoru;

Bədəlov Rəşid Kamil oğlu - Səhiyyə Nazirliyinin "Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası" Publik Hüquqi Şəxsinin direktoru.

Qurbanov Rauf Yusif oğlu - Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

Şirinzadə Seymur Aydın oğlu - Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

Mütəllimova Cavahir Nadir oğlu - TƏBİB-in "Tibbi Reabiltasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin direktoru;

Babaxanlı Gülbəniz İbrahim qızı - Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;

Babayev Yuriy Çingizoviç oğlu - Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;

Panayev Əhməd Rəhim oğlu - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;

Firidov Elməddin Elşad oğlu - Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

Verdiyev Elman Elim oğlu - Naftalan Şəhər bələdiyyəsinin sədri;

Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.

Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.

Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Cavidlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.

Həmçinin, Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.

Bundan başqa, TƏBİB-in "Tibbi Reabiltasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.

Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.

Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa digər cinayətlərin də törədilməsində təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1283   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duru yağ alarkən bunlara diqqət edin: Sağlam seçim üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Marketlərdə müxtəlif marka və qiymətlərdə təqdim olunan duru yağlar arasında seçim etmək bir çox alıcı üçün çətinlik yaradır. İlk baxışda məhsullar oxşar görünsə də, onların tərkibi, istehsal üsulu, istifadə məqsədi və saxlanma şəraiti fərqli ola bilər. Yanlış seçilən duru yağ həm yeməyin dadına, hə

28.07.2026 260
.

ABŞ-da qasırğa: 30 mindən çox ev işıqsız qaldı

ABŞ-ın Viskonsin ştatında baş verən güclü qasırğa genişmiqyaslı dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub. xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti məlumat yayıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Qasırğa səbəbindən 30 mindən çox ev elektriksiz qalıb və elektri

28.07.2026 162
.

Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır

Böyük Britaniyanın Baş naziri Endi Börnhem bəyan edib ki, Ukraynada döyüşlər dayandırıldıqdan və atəşkəs qüvvəyə mindikdən sonra London bu ölkəyə hərbi kontingent yerləşdirməyə hazırdır. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Börnhem bildirib ki, Böyük Britaniya Ukraynada "tam və qeyd-şərtsi

28.07.2026 199
.

İranın Ukraynaya raket zərbəsi endirəcəyi iddia olunur

İranın yaxın günlərdə Ukrayna ərazisini ballistik raketlərlə hədəfə ala biləcəyi barədə iddia yayılıb. xəbər verir ki, Ukraynanın "İnsayder Ukrayna" Teleqram kanalı Tehranın iki gün ərzində Ukraynaya üç ballistik raket atmağı planlaşdırdığını bildirib. Məlumat hələlik rəsmi mənbələr tərəfində

28.07.2026 188
.

"Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib. İddia olunur ki, son iki ayda ölkəy

28.07.2026 421
.

Netanyahu Ağ Evdəki görüşdə Trampa İranın Pikaxe dağındakı yalanının sübutunu göstərəcək

"The New York Post" qəzeti yazıb ki, Netanyahunun Trampa İran rejiminin münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu yalan danışdığını göstərməsi gözlənilir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, "New York Post" qəzetinin bazar ertəsi İsrail mənbəsinə istinadə

28.07.2026 200
.

Aİ: Rusiya Rumıniyaya atdığı drona görə cavab verməldir

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkilini izahat vermək üçün çağırıb. Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anvar əl-Anuni açıqlama verib. Brüssel bu addımı Rusiyanın pilotsuz uçuş aparatını

28.07.2026 152
.

Məktəblərdə psixoloq çatışmazlığı: Şagirdlərin psixoloji dəstəyi niyə zəifləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin psixoloji dəstəyə ehtiyacı artdığı halda, təhsil müəssisələrində psixoloq çatışmazlığı problemi daha qabarıq hiss olunur. Bir çox məktəbdə ya ümumiyyətlə psixoloq ştatı boş qalır, ya da bir psixoloq yüzlərlə, hətta minlərlə şagirdə xidmət göstərmək məcburiyyətində qalır. Nəticəd

28.07.2026 208
.

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur. Prokurorluqda aparılan istintaqla müəyyə

28.07.2026 210
.

TOP MP3