Milli Müdafiə Universitetinin xüsusi təyinatlı hərbi kolleclərində peşəkar gizir heyəti hazırlanacaq
Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı hərbi kolleclərdə peşəkar gizir (miçman) heyəti hazırlanacaq.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda qeyd olunub.
Fərmana əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Fərmanın 5.1-ci bəndinə uyğun olaraq hesabda yığılan vəsait və həmin vəsaitin idarə olunmasından əldə edilən gəlir aşağıdakı hallarda ödənilir:
- ali təhsil müəssisəsini və hərbi kollecləri bitirmiş məzunlara - Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda;
- hərbi liseyləri bitirmiş məzunlara - ali təhsil müəssisəsinə qəbul olduqda.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 500 Tarix: 07 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
11:57 178 Meksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
18.10.2026 458 Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsind
10:04 280 Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını
18.10.2026 374 Həkimlikdən nazir postuna...
Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo
16:21 36 Hərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunu
10:55 213 20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikah
18.10.2026 506 Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır
Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər
14:42 166 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla
18.10.2026 351