Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil

Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyilQardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizin xarici siyasətinə qədər müxtəlif məsələlərin Türkiyədə siyasi müzakirə mövzusuna çevrilməsi və bu müzakirələrdə Azərbaycanı ittiham edən ritorikadan istifadə olunması təsadüfi yanaşma təsiri bağışlamır.
Sual yaranır: Azərbaycanla bağlı hər hansı məsələni tənqid etmək adı altında ölkəmizə siyasi dərs verməyə çalışanlar özlərini hansı hüquqla belə bir mövqedə görürlər?
Azərbaycan müstəqil dövlətdir. Onun təhsil siyasəti, ictimai həyatın təşkili və beynəlxalq münasibətlərdəki seçimləri öz qanunları, milli maraqları və dövlətçilik prinsipləri əsasında müəyyənləşdirilir. Bu qərarların müzakirəsi mümkündür, ayrı-ayrı məsələlərə fərqli münasibət də normaldır. Ancaq fikir bildirmək başqa, öz siyasi və ideoloji yanaşmasını başqa dövlətə qəbul etdirməyə çalışmaq tamam başqa məsələdir.
Dini dəyərlərə hörmət Azərbaycan cəmiyyətinə yad deyil. Lakin dinin siyasi mübarizədə alətə çevrilməsi, dini həssaslıqlar üzərindən ictimai rəyin yönləndirilməsi və başqa dövlətin daxili siyasətinə təzyiq göstərilməsi nə dinə hörmətin, nə də həqiqi qardaşlığın ifadəsidir. Dini inancların müdafiəsi iddiası heç kimə başqa ölkənin suveren qərarlarını sorğulamaq üçün xüsusi səlahiyyət vermir.
Burada Türkiyə dövlətini və türk xalqını ittiham etməkdən söhbət getmir. Əksinə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ayrı-ayrı siyasətçilərin açıqlamalarından və gündəlik siyasi maraqlardan daha yüksəkdə dayanması vacibdir. Məhz buna görə də AKP-nin bəzi nümayəndələrinin davranışlarına münasibət bildirərkən Türkiyə cəmiyyətinin bütövlükdə eyni mövqedə dayandığını iddia etmək doğru olmaz. Türkiyənin hakim partiyasının sözçüsü Ömər Çelikin də Azərbaycana qarşı yönələn çıxışlarla bağlı mövqeyi göstərir ki, məsələni iki dövlət arasında qarşıdurma kimi təqdim etmək düzgün deyil.
Ancaq siyasi məsuliyyət məsələsi açıq qalır. Hakim partiyanın nümayəndəsi danışarkən onun sözləri şəxsi fikir səviyyəsindən çıxaraq siyasi məna daşıya bilər. Buna görə də belə açıqlamaların mümkün nəticələri əvvəlcədən nəzərə alınmalıdır. Qardaş ölkənin cəmiyyətində narazılıq doğuran, Azərbaycanı əsassız ittihamların hədəfinə çevirən çıxışlar münasibətləri möhkəmləndirmir, əksinə, onlara zərər vurur.
Azərbaycan Türkiyə ilə dostluğa və strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Lakin bu münasibətlərin sağlam təməli qarşılıqlı hörmət, bərabərlik və müstəqilliyin tanınmasıdır. Heç bir siyasi partiyanın ideologiyası iki xalqın ortaq maraqlarından üstün tutula bilməz.
AKP-nin Azərbaycana irad bildirən nümayəndələri bir həqiqəti yadda saxlamalıdırlar: Azərbaycanla dostluq etmək onun hər qərarını bəyənmək demək deyil, amma onun müstəqil dövlət kimi seçimlərinə hörmət etmək deməkdir.
Qardaşlıq üstünlük iddiası deyil. Qardaşlıq qarşı tərəfin iradəsini qəbul etməkdir. Azərbaycan isə heç kimin siyasi-ideoloji sınaq meydanı olmayıb və olmayacaq.

Şəmsi Qoca


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı

Vətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb. Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarl

14:37 58
.

Türkiyədəki hakim partiyanın maraqları xalqın maraqları ilə eyniləşdirilməməlidir

"AKP hakimiyyətinin bəzi siyasi dairələri anlamalıdırlar ki, Azərbaycan heç kimin ideoloji təsir dairəsi deyil. Ölkəmizin dünyəvi dövlətçilik modeli, müstəqil xarici siyasəti və milli maraqları müzakirə predmeti ola bilər, ancaq kənardan təzyiq və ya siyasi diktə vasitəsinə çevrilə bilməz. Əgə

12:27 160
.

Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır

Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər

14:42 27
.

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk

18.10.2026 319
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18.10.2026 343
.

Bu meyvə təzyiqin azalmasına kömək edir

Bəzi meyvələr tərkibindəki vitamin və antioksidantlarla sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Yeni araşdırmada isə az tanınan feixoa meyvəsinin qan təzyiqinə mümkün təsiri diqqət çəkib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yeni Zelandiyanın Oklend Universitetinin alimləri feixo

14:27 77
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

15:21 0
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18.10.2026 381
.

Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını

18.10.2026 369
.