"Ortaq türk əlifbasının meydana gəlməsi ilə gələcəkdə ortaq türk dili ideyası təsdiqini tapacaq" - İlqar Orucov

"Ortaq türk əlifbasının meydana gəlməsi ilə gələcəkdə ortaq türk dili ideyası təsdiqini tapacaq" - İlqar OrucovTürk dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət ortaq türk əlifbası üzərində razılaşıblar.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti ictimai xadim İlqar Orucov BiG.AZ-a bildirib ki, ortaq əlifba türk dünyasının yaxınlaşması üçün növbəti addımlardan biridir. Ortaq türk əlifbasının meydana gəlməsi ilə gələcəkdə ortaq türk dili ideyası təsdiqini tapacaq. Bu, qardaş dövlətləri daha da yaxınlaşdıracaq:

"Azərbaycan türk dünyasının bir parçasıdır. Ümumi türk dünyasının yaradılması təşəbbüsü möhtərəm prezidentimizə aiddir. Bütövlükdə bu təşəbbüsün reallaşması ilə bağlı təkliflər və siyasi iradəni ortaya qoyan cənab prezidentdir. Hesab edirəm ki, ortaq türk dünyası deyəndə həm tarixi bağlardan irəli gələn ortaq mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda ortaq dəyərlər başa düşülür. Bu istiqamətdə türk dövlətləri başçılarının zirvə görüşləri keçirilib, ortaq Türk Dünyası Akademiyası yaradılması, bütövlükdə siyasi, iqtisadi,mədəni,təhsil əlaqələrinin genişləndirilməsi üçün işlər görülür. Bu, həm də zəruri edir ki, ortaq türk əlifbası ideyası meydana çıxsn. Təbii ki, ziyalı, alim, ictimai xadim olaraq ortaq türk əlifbasına fikrim müsbətdir. Ortaq əlifba eyni zamanda türk dünyasının yaxınlaşması üçün növbəti addımlardan biridir. Dünyada fərqli birliklər var. Yalnız türk dövlətlərini birləşdirən siyasi amillər deyil, həm də mədəni, tarixi bağlar, qardaşlıq telləridir. Ortaq türk əlifbasının meydana gəlməsi ilə bağlı göstərilən bütün səylər dəstəklənməlidir. Bundan sonra da bu istiqamətdə yeniliklərə ehtiyac var. Əminəm ki, ortaq türk əlifbasının meydana gəlməsi ilə gələcəkdə ortaq türk dili ideyası təsdiqini tapacaq. Bu, qardaş dövlətləri daha da yaxınlaşdıracaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik- Foto

"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm". BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı "X" platformasındakı paylaşımınd

18.10.2026 425
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18.10.2026 228
.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb

11:25 157
.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

18.10.2026 242
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18.10.2026 339
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18.10.2026 437
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

18.10.2026 224
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18.10.2026 235
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18.10.2026 329
.