"Məni həyəcan basır, ürəyim titrəyir"

"Məni həyəcan basır, ürəyim titrəyir""Şahnaz Haşımovanın oktyabrın 5-də Gəncədə filarmoniyada yubiley konserti olacaq. Vaxta az qalıb, əziz gəncəbasarlılar. Allah izn versə, mən də orada olacağam".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni bacısı, Xalq artisti Şahnaz Haşımova ilə birlikdə çalışmalarında, oxuyacaqları duetdən danışıb:

"Dünən Şahnaz xanımla onlayn məşq edirdik. Şahnaz xanım deyir ki, gəl, birgə duet hazırlayaq. Mahnının adını deməyəcəyəm, qoy, sürpriz olsun. İndi Şahnaz xanım oxuyur. Ürəyimdə məni dərd alıb, görəsən, necə ifa edim ki, bəyənsin? Elə bilirdim böyümüşəm… Sən demə, onunla bir ifa edəcək qədər hələ böyüməmişəm. Hələ də həyəcan, soyuq tər basır, ürəyim titrəyir. Az qalıram, deyim ki, qadan alım, icazə ver, elə zalda əyləşib səni dinləyim. Bu nədir sizə qurban, həyəcan niyə məndən getmir?

Elə yeni sənətə başlayan dövrdə necə idim, indi də gördüm ki, belədir. Deməli, yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Şövkət Ələkbərova, Şahnaz xanım qarşısında illər keçsə də, bu vəziyyət dəyişməz olaraq qalıbmış. Amma çarə yoxdur, oxumalıyam. Allah Şahnaz xanıma can sağlığı versin. O billur, dağ şəlaləsi tək qəlblərə sərinlik verən bulaq səsi dünyamızdan əskik olmasın".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1166   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

04.10.2026 707
.

İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"

"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar

06.10.2026 563
.

"Bir aparıcıya bunu yaraşdırmadım"

Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc

10.10.2026 308
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11.10.2026 711
.

Ayan Babakişiyeva psixoloji travmasından danışdı

Müğənni Ayan Babakişiyeva ev təmizliyi ilə bağlı həssaslığından danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb. O, evdə təmizliyə xüsusi önəm verdiyini və xüsusilə də mətbəxi başqa birinin təmizləməsinə icazə vermədiyini bildirib:. "Məndə ev təmizliy

10.10.2026 274
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 211
.

İranlı rejissorun filmində baş rola çəkiləcək

Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı "Diaspora" adlı filmdə baş rolu canlandıracaq. Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır

10.10.2026 385
.

"Uzak şehir"in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Axşam.az xəbər verir ki, cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kral II Corc" obrazını canlandırıb. Çağla isə hazırd

17.10.2026 215
.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

04.10.2026 395
.