İnsanları niyə ölən kimi dəfn etmək olmaz? – Tibbi və dini İZAH
Tibbdə "klinik ölüm" deyilən bir anlayış var. Bu da o deməkdir ki, insan qısa zamanda ölmüş vəziyyətə düşə, həyati funksiyalarını itirmiş ola bilər. Amma bir müddət sonra həmin adam yenidən həyata qayıda bilər. Ona görə də dünyasını dəyişmiş insanı tez bir zamanda dəfn eləmək doğru deyil. Ən azından onun öldüyünə əmin olmaq üçün bir neçə saat gözləmək lazımdır.
Bəs, bu məsələdə tibb elmi nə deyir?
Suala tibb üzrə elmlər doktoru Adil Qeybulla cavab verib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, istənilən adam öldükdən sonra həkim müayinəsindən keçirilməlidir:
"Yalnız həkim müayinəsindən sonra insanın öldüyü rəsmi şəkildə təsdiqini tapa bilər. Bundan sonra ölmüş adamın dəfni barədə düşünmək olar. Amma həkim müayinəsi olmadan ölmüş adamın qısa zamanda dəfn edilməsi doğru deyil".
Bəs, bu barədə islam dini nə deyir?
İlahiyyatçı Tural İrfan sualı cavablandıraraq Bizim.Media-ya bildirib ki, müasir dövrü, şəraiti, tibbi imkanları nəzərə alsaq, ölünü dərhal dəfn etmək lazım deyil:
"Evdə vəfat edənlər üçün mütləq həkim çağırın. Çünki ölüm halı dəqiq təyin edilməlidir. Orta əsr böyük İslam hüquşünası və filosofu, Kardovada qazı işləmiş məşhur təbib İbn Rüşd Bibayətul muntəqid - Nihayətul müctəhid əsərində qeyd edir ki, bəzi xəstəliklərdən vəfat edən adamları 72 saat dəfn etmək lazım deyil. Çünki tibbi müdaxilə nəticəsində yaxud cismdə gedən təbii proseslər nəticəsində fərqli həyat təzahürləri oyana bilər. Buna dövrümüzdə "kliniki ölüm" deyirlər".
Müsahibimiz bir maraqlı faktı da xatırladıb:
"Orta əsrlərdə Avropada vəfat edən adamların qəbirdə əlinə ip bağlayıb ipin bir ucunu da çöldə zınqırova bənd edirmişlər ki, əgər dirilsə, tərpənsə zəng çalınsın. Bir neçə nəfər də məzarın başında bir neçə gün gözləyirmiş. Bu, şübhəsiz ki, tibbin inkişaf etmədiyi zamanlara və xurafatın tüğyan etdiyi dövrə aiddir. Amma indi tibb tərəqqi edib. Ona görə də ölmüş adamı həkim müayinə etmədən dəfn etmək olmaz".
Surxay Atakişiyev, Bizim.Media
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1288 Tarix: 13 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18.10.2026 302 Bakı-Ankara münasibətləri: Tarixi qardaşlıq və milli maraqların sərhədi
Türkiyə-Azərbaycan münasibətlərindəki soyuqluq, təəssüf ki, davam edir. Vəziyyəti daha da narahatedici edən isə AKP hakimiyyətinə yaxın media orqanlarının və sosial şəbəkələrdəki troll hesablarının Azərbaycan əleyhinə yalan, böhtan və qarayaxma kampaniyalarını davam etdirməsidir. Türkiyənin xarici işlə
11:24 88 Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18.10.2026 362 Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən niyə imtina edir?
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən imtina etməsinin səbəbini bunun arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi ilə izah edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. ABŞ lideri sanksiyaların sərtləşdirilməsini
10:47 114 Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri
Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli
11:28 76 İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18.10.2026 233 Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib
İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi
18.10.2026 339 Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq şübhəsi ilə həbs edilib
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq casusluq və dövlətə xəyanət şübhəsi ilə həbs edilib. xəbər verir ki, bu barədə "Merkur.de" saytı məlumat yayıb. Məlumata görə, Almaniya Federal Cinayət Polisi İdarəsinin əməkdaşları 80 yaşlı Hanninqi bu gün səhər saatlarınd
11:13 88 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
18.10.2026 327