Prezident "Xaqani" bağında - Fotolar

Prezident "Xaqani" bağında - FotolarAzərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, bu, dövlət başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.
Prezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - FotolarPrezident "Xaqani" bağında - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

AB-dən iranlı hakimlərə sanksiya...

Avropa Birliyi İranın bir sıra hakimlərinə və İrandakı kiber qrupun yüksək vəzifəli şəxsinə yeni sanksiyalar tətbiq edib. xəbər verir ki, bu haqda Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas X şəbəkəsində yazıb. Kallas İranda xalqa qarşı repressiyaları diqqətdən kənarda saxlamamağı tövsiyə edib:

27.07.2026 264
.

ABŞ Senatında kritik gün: Rusiyaya qarşı yeni sanksiyalar səsverməyə çıxarılır - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ Senatında senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar paketinin bu gün səsverməyə çıxarılması gözlənilir. Qanun layihəsi qəbul edilərsə, Moskvanın enerji gəlirlərini məhdudlaşdırmağa yönələn yeni iqtisadi məhdudiyyətlər tətbiq oluna bilər. Sənəd həm Rusiyaya, hə

15:15 155
.

Sabun alarkən bu məqamlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA

Son illər mağaza rəflərində onlarla fərqli tərkibə və təyinatına malik sabun növü satılır. Antibakterial, nəmləndirici, ətirli, təbii və digər seçimlər qarşısında istehlakçılar çox vaxt hansı məhsulun dəri üçün daha uyğun olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Eyni zamanda, maye və bərk sabu

15:30 178
.

Nanə yeni mövsümdə qayıdır

Bir müddətdir efirdən uzaq qalan aparıcı Nanə Ağamalıyeva yeni televiziya mövsümündə tamaşaçı qarşısına çıxacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı "Nanəli" verilişi ilə fəaliyyətini davam etdirəcək. Proqramın hazırlıqlarına ötən televiziya mövsümündən başlanılıb. Qeyd edək ki

18:15 29
.

İordaniyada pilotsuz təyyarənin vurulduğu bildirilir

Ordudan verilən açıqlamada bildirilir ki, İordaniya Silahlı Qüvvələri çərşənbə axşamı yerli vaxtla bir pilotsuz təyyarəni vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, açıqlamada deyilir ki, pilotsuz təyyarə sübh tezdən ölkənin hava məkanını pozub və şərq səhrasında vurulub. Müəllif: İlkin Məmmədkərimo

10:19 197
.

Çindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi

"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil edən çörək qırıntıları (panko) məhsulunda uyğunsuzluqlar aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliy

10:30 208
.

Məktəblərdə psixoloq çatışmazlığı: Şagirdlərin psixoloji dəstəyi niyə zəifləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin psixoloji dəstəyə ehtiyacı artdığı halda, təhsil müəssisələrində psixoloq çatışmazlığı problemi daha qabarıq hiss olunur. Bir çox məktəbdə ya ümumiyyətlə psixoloq ştatı boş qalır, ya da bir psixoloq yüzlərlə, hətta minlərlə şagirdə xidmət göstərmək məcburiyyətində qalır. Nəticəd

16:06 137
.

12 iyul imtahan nəticələri açıqlandı

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirili

17:28 119
.

İmperiyalar icmaları məhv etməzdən insanlar 12000-dən çox dildə danışıb

Bir neçə min il əvvəl Yer kürəsi linqvistik baxımdan "qızıl dövr"ünü yaşayırdı və dünyanın müxtəlif bölgələrində on minlərlə dil mövcud idi. Lakin sonradan imperiyaların yüksəlişi bir çox icmaları və onların dil ənənələrini aradan qaldırdı. Qaynarinfo xəbər verir ki, bu barədə "GB News"

27.07.2026 266
.

TOP MP3