"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə bağlı mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin məhkəməsi davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən zabitlərin iki həftə əvvəl qaldırdıqları vəsatətlərə baxılıb. Bundan əlavə, müdafiə tərəfi onları maraqlandıran bir sıra yeni məsələlərə toxunub.

Əvvəlki yazımızda vəsatətlər barədə geniş məlumat vermişdik.

Təqsirləndirilən Bayram Bayramov ona verilmiş ittihamın həcmi ilə bağlı narazılıq etmişdi. İddia edirdi ki, onun adına yazılmış N saylı hərbi hissədəki yeyintinin 719 min manatı ezam olunmuş və ehtiyatdan gəlmiş hərbçilərin xərclərinə sərf olunub. Bayramov bunu müəyyən etmək üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdi.

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Bu gün məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev bəyan edib ki, həmin məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hüquq İdarəsinə sorğu göndərilib. Amma hələ cavab verilməyib.

Müttəhim Cəlal Kazımovun mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və hərbi hissələrdə yoxlama aparan şəxslərin şahid kimi məhkəməyə çağırılması istəkləri isə əsassız sayılaraq rədd edilib.

Bundan başqa, Kazımovun vəkili qanunsuz olaraq adlarına pul köçürülmüş şəxslərin dindirilməsini istəyirdi. Burada söhbət hərbi hissədə işləyən maliyyə-xidmət rəislərinin adlarına pul köçürdüyü qohumlarından, həmçinin hərbi hissədə işləməyə-işləməyə adına pul yazılan şəxslərdən gedir.

Dövlət ittihamçısı bu vəsatəti də əsassız hesab edib, dindirilən şahidlərin dediklərini yetərli bilib.

Prosesin davamında təqsirləndirilən Vüsal Əlizadə ipotekada olan 120 min manatlıq evini dövlətə dəymiş ziyanın ödənilməsi üçün satmaq istədiyini deyib. Amma bu məsələdə ziddiyyət yarandığını məhkəmənin diqqətinə çatdırıb. Əlizadənin dediyinə görə, həbs olunduqdan sonra əvvəlki aylarda evin kreditini ardıcıl ödəyib. Amma bir neçə ay sonra bank ona ödəmə qrafiki verməyib. Buna görə də krediti ödəyə bilməyib.

Onun ifadəsindən məlum olub ki, krediti ödəyə bilmədiyinə görə hazırda bank onu məhkəməyə verib. İş Laçın Rayon Məhkəməsinin icraatındadır. Əlizadə bu məsələnin həlli üçün məhkəmədən kömək istəyib.

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Hakim Fikrət Əliyev təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, bu məsələ başqa işin predmetidir. Həmin işə müdaxilə edilə bilməz. Hakim işin aydınlaşdırılmasını özlərinə həvalə edib.

Vüsal Əlizadənin başqa ünvanda yerləşən 101 min 632 manatlıq, Cəlal Kazımovun isə 110 minlik evi satılaraq pulu dövlət hesabına qoyulub. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxslərin istəyi ilə dövlətə dəymiş ziyanın bu günə kimi ödənilmiş hissəsini dəqiqləşdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib.

Fotoda general Nizami Məmmədov

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Artıq bir neçə iclasdır, xüsusilə general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bu işdə əvvəl təqsirləndirilən, sonradan şahid qismində tanınmış polkovnik Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini istəyir. Eyni zamanda təqsirləndirilən şəxslərin özləri də barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Xələfovun yenə dindirilməsində maraqlıdırlar:

"Rafail Xələfov bütün işlərin mərkəzində olan adamdır. Hər dəfə də ziddiyyətli danışıb. Özündən aşağı vəzifədə olanlara başqa, yuxarıda olanlara başqa şeylər deyib. Bizim ona əlavə suallarımız var. Xahiş edirik, çağırın, gəlsin", - deyə vəkil vəsatətinə əlavə edib.

Məhkəmə bu dəfə müdafiə tərəfinin vəsatətini əsaslı sayaraq təmin edib. Qərarda deyilir ki, Rafail Xələfov qaranlıq qalan məsələlərə aydınlıq gətirilməsi üçün yenidən məhkəmədə ifadə verməlidir.

Generalın digər vəkili Cahangir Cavadovun vəkili isə istintaqın yekunlaşma ərəfəsində olduğunu nəzərə alaraq, başqa bir məsələyə diqqət çəkib. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanov ifadəsində demişdi ki, 5 il ərzində şirkətlərlə əməkdaşlıqdan 20 milyon manat pul qazanıb. Həmin pulun 19 milyon 600 min manatını isə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova verib, 400 mini isə özünə qalıb:

"Qurbanov əlavə edib ki, Nəcməddin Sadıkov həmin 19 milyon 600 mindən 800 min manatını müvəkkili Nizami Məmmədova göndərib. Lakin bunu təsdiq edən heç bir sənəd yoxdur.

Nizami Məmmədov özü də Qurbanovun yalan danışdığını dedi. İndi bunu dəqiq müəyyən etmək də mümkün deyil. Çünki Nəcməddin Sadıkov ortada yoxdur. Hökmdə bunun nəzərə alınmasını xahiş edirəm".

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2022-ci ildə Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 900   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18.10.2026 302
.

Bakı-Ankara münasibətləri: Tarixi qardaşlıq və milli maraqların sərhədi

Türkiyə-Azərbaycan münasibətlərindəki soyuqluq, təəssüf ki, davam edir. Vəziyyəti daha da narahatedici edən isə AKP hakimiyyətinə yaxın media orqanlarının və sosial şəbəkələrdəki troll hesablarının Azərbaycan əleyhinə yalan, böhtan və qarayaxma kampaniyalarını davam etdirməsidir. Türkiyənin xarici işlə

11:24 88
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18.10.2026 362
.

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən niyə imtina edir?

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən imtina etməsinin səbəbini bunun arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi ilə izah edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. ABŞ lideri sanksiyaların sərtləşdirilməsini

10:47 114
.

Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli

11:28 76
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

18.10.2026 233
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18.10.2026 339
.

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq şübhəsi ilə həbs edilib

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq casusluq və dövlətə xəyanət şübhəsi ilə həbs edilib. xəbər verir ki, bu barədə "Merkur.de" saytı məlumat yayıb. Məlumata görə, Almaniya Federal Cinayət Polisi İdarəsinin əməkdaşları 80 yaşlı Hanninqi bu gün səhər saatlarınd

11:13 88
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18.10.2026 327
.