"Dövlətin mənə ayırdığı maşınla bir saat tıxacda qalıram" – Misir Mərdanov
Yeni dərs ili başlayıb. Hər il olduğu kimi, yenə ictimai müzakirələr olur, narazılıqlar eşidilir. Tədris mövsümü özü ilə xeyli problemlər gətirib. O problemin öndə gələni tıxacların çoxalmasıdır.
Digər müzakirə mövzusu dərs və ya iş saatının dəyişdirilməsidir. Valideynlərin fikrincə, çantalar ağır olur deyə, uşaqlar saatlarla yolda qaldığı üçün əziyyət çəkirlər, işə tələsənlər də vaxtlarını yollara sərf etdiyini bildirir.
BiG.AZ xəbər verir ki, globalinfo.az-a danışan sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun fikrincə, təhsillə bağlı yenidən "Amerika kəşf etməyə" ehtiyac yoxdur.
O, digər ölkələrdə olan təhsil sisteminə nəzər yetirməyi təklif edib:
"Baxmaq olar ki, keçmiş sovet məkanında, bizə yaxın ölkələrdə, doğma Türkiyədə vəziyyət necədir. Yəni orada olan kitab necədir və s. Ona uyğun da bir yol tapmaq olar. Beləliklə, uşaqları da ağır dərsliklərdən azad etmək mümkündür".
M.Mərdanov məktəbli forması haqda danışıb:
"Dünyanın əksər ölkələrində mütləq məktəbli forması olur. Məsələn, ən yüksək təhsil səviyyəsi olan Yaponiyada oldum. Orada da uşaqlar məktəbli forması geyinmişdilər. Bu, təkcə təhsil üçün vacib deyil, tərbiyə üçün də vacibdir. Çünki məktəb kiminsə varlı və ya yoxsul olmasını nümayiş etdirmək yeri deyil. Məktəb təlim-tərbiyə müəssisəsidir. İstər əvvəl, istərsə də indi eyni mövqedə olmuşam. Dərs yükünü azaltmaq olar, formanı ləğv etmək yox".
Sabiq nazir dərs saatını dəyişməklə bağlı da fikir bildirib:
"Əvvəl nazir olduğum zaman deyirdilər ki, Azərbaycanda təhsil var? Təəssüf ki, indi də eyni sözü deyənlər çoxdur. Onlara demək istəyirəm ki, Azərbaycanda məktəb də var, təhsil də. Ola bilər, nəsə çatışmazlıq olsun. Amma ümumi danışmaq doğru deyil. Həmin adamlara bir 15 sentyabra qədər, bir də 15-dən sonra olan yolları göstərmək istəyirəm. Onda bilərdilər ki, nə var, nə yox".
M.Mərdanov deyib ki, doğrudan da Bakıda tıxac çox ciddi problemə çevrilib:
"Bununla bağlı düşünmək lazımdır. Məsələni elmin gücü ilə həll etmək, optimal yol tapmaq mütləqdir. Dərs, ya iş saatını dəyişmək, yaxud başqa təkliflər də irəli sürmək olar. Amma doğrudan da tıxac dözülməzdir. Təsəvvür edin ki, dövlətin mənə ayırdığı maşınla işə gələrkən ən azı bir saata qədər tıxacda qalıram. İndi düşünün, avtobus və metrodan istifadə edən şəxslər nə əziyyət çəkirlər. Adam səhər işə getmək üçün 1-2 saat vaxt sərf edir, əsəbiləşir, bütün enerjisi yolda tükənir. Yolda əsəbiləşən, tükənən adamın işvermə qabiliyyəti necə olacaq? İnanıram ki, ictimaiyyəti düşünərək məsələnin həlli yolunu axtarırlar. Anlayıram, həll olunması sadə iş deyil. Çünki yollar əvvəlcədən çəkilib, binalar tikilib. Onları yenidən sökmək, nələrsə etmək asan deyil. Lakin nə olur-olsun, bu problemi həll etməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 926 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMisir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18.10.2026 200 Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18.10.2026 189 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
18.10.2026 217 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18.10.2026 198 Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18.10.2026 206 20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikah
18.10.2026 151 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
18.10.2026 203 Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı
Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün
18.10.2026 217 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18.10.2026 189