Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır.
"Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxışı zamanı bildirib.
"Biz Səudiyyə Ərəbistanını qorumaq üçün istənilən addımı atacağıq. Əgər bizdən bunu xahiş etsələr, müvafiq tədbirlərin təsdiqlənməsi üçün parlamenti növbədənkənar iclasa çağıracağam", - deyə Misir lideri vurğulayıb.
Bununla belə, Sisi Misirin hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını xüsusi qeyd edib.
"Biz müharibə aparmaq və ya kiməsə hücum etmək istəmirik. Biz yalnız Səudiyyə Ərəbistanını müdafiə edəcəyik", - deyə prezident bildirib.
Misir lideri ölkəsinin, Səudiyyə Ərəbistanının və digər Fars körfəzi dövlətlərinin milli təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Qahirə krallığın təhlükəsizliyinə və sərhədlərinə təhdid yaranmasına imkan verməyəcək.
Əs-Sisi, həmçinin Qırmızı dənizdə gəmiçiliyə qarşı təhdidlərə etirazını bildirib və regionda gərginliyin azaldılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, Misir daha əvvəl Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Ər-Riyadın krallığın təhlükəsizliyini təmin etmək istiqamətində gördüyü tədbirləri dəstəklədiyini bəyan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 114 Tarix: 18 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
13:30 157 UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:17 327 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
12:30 168 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
14:30 148 Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video
ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib
15:10 119 Bazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
11:15 196 Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
11:30 195 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
11:00 176 1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
00:13 306