Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcəkPayız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayında da Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti ilə qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı qeydə alınıb.

Bəs payız aylarında temperaturun yüksəlməsinə hansı proseslər təsir göstərir və qarşıdakı dövrdə bizi hansı hava şəraiti gözləyə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan iqlimşünas və ekoloq Məhərrəm Mehdiyev bildirib ki, havaların mövsümə uyğun olmayan dərəcədə isti keçməsini yalnız təsadüfi hadisə kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, bu cür proseslərin elmi izahları da mövcuddur:

"Yer kürəsinin iqlim tarixində uzunmüddətli buzlaşma və istiləşmə mərhələləri müşahidə olunub. Onun sözlərinə görə, bəzi elmi yanaşmalara əsasən, hazırkı dövr buzlaşma mərhələləri arasındakı daha isti dövrlə əlaqələndirilir. Bu proseslərin davam etməsi temperatur göstəricilərinə, o cümlədən payız aylarında müşahidə olunan hava şəraitinə təsir göstərə bilər. Bu proses təxminən 40-50 il belə davam edəcək. Orta temperaturun yüksəlməsi fonunda sentyabr və oktyabr aylarında, hətta noyabrda da nisbətən isti havalar müşahidə oluna bilər".

İqlimşünas, həmçinin El-Ninyo hadisəsinin qlobal temperatur dəyişikliklərinə təsirini vurğulayıb. O bildirib ki, Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunan El-Ninyo atmosfer dövranına təsir göstərərək dünyanın müxtəlif bölgələrində hava şəraitində dəyişikliklərə səbəb ola bilər:

"Bu hadisənin təsirləri atmosfer proseslərindən və hava kütlələrinin hərəkət istiqamətindən asılı olaraq müxtəlif regionlarda fərqli şəkildə özünü göstərə bilər. Avropada müşahidə olunan yüksək temperatur göstəriciləri fonunda oxşar hava şəraitinin digər ərazilərdə də yaranması ehtimalı istisna edilmir. İsti hava kütlələrinin Azərbaycana doğru hərəkəti baş verərsə, ölkədə də temperaturun yüksəlməsi mümkündür. Bununla belə, havanın necə dəyişəcəyi atmosfer dövranı, hava cərəyanlarının istiqaməti və digər meteoroloji amillərdən asılıdır"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 18 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

17.10.2026 168
.

Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı ŞANTAJ EDİB - TƏFƏRRÜAT

Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihar

17.10.2026 217
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

00:15 118
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

00:23 101
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

00:25 107
.

Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" dövlət başçısının ölkənin Hərbi Akademiyasının buraxılı

17.10.2026 202
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17.10.2026 132
.

Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündə

17.10.2026 208
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17.10.2026 238
.