Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASIAzərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinətin məbləği ananın əməkhaqqısından, sosial sığorta stajından və digər amillərdən asılı olur.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2026-cı ilin ilk altı ayında uşağın anadan olması ilə əlaqədar 41 153 nəfərə birdəfəlik müavinət ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4%, iki il əvvəlki göstərici ilə müqayisədə isə 20% azdır. Azalma ölkədə doğum sayının aşağı düşməsi tendensiyası ilə əlaqələndirilir.

Bəs uşağın doğulmasına görə verilən 600 manat kimlərə çatır və sonrakı illərdə ailənin hansı dövlət dəstəyi imkanlarından yararlanmaq hüququ var?

KONKRET.az xəbər verir ki, "AzPolitika" rəsmi qurumların mənbələrində yer alan məlumatlar əsasında bu suallara aydınlıq gətirməyə çalışıb.

İlk növbədə qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği əməkhaqqından və sosial sığorta stajından asılı deyil. Hazırda hər doğulan uşağa görə 600 manat birdəfəlik müavinət ödənilir. Əkiz və ya daha çox uşaq dünyaya gəldikdə ödəniş hər uşaq üçün ayrıca hesablanır. Məsələn, əkiz uşaqları olan ailəyə ümumilikdə 1200 manat verilir.

Müavinət, bir qayda olaraq, uşağın doğulması ilə əlaqədar müəyyən edilmiş qaydada təyin edilir. Müvafiq hallarda ödəniş uşağın anasına, qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində isə atasına verilə bilər. Onu da bildirək ki, uşağın doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alındıqdan sonra müavinət, bir qayda olaraq, avtomatik təyin edilir. Bunun üçün ayrıca müraciət tələb olunmur. Əgər uşaq doğulduqdan sonra vəfat edərsə, doğum haqqında akt qeydi tərtib edildiyi halda, bu məbləği almaq mümkündür.

Digər tərəfdən, uşağa qulluq dövründə də müəyyən sosial ödənişlər nəzərdə tutulub. Lakin bu məbləğlər xeyli aşağıdır…

Belə ki, işləyən valideyn uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə çıxa bilər. Bu müddətdə DSMF tərəfindən aylıq müavinət ödənilir.

Mövcud qaydalara əsasən:

-Uşaq 1 yaş 6 aylıq olanadək aylıq müavinət 44 manatdır;

-Uşaq 1 yaş 6 aydan 3 yaşınadək olduqda aylıq müavinət 28 manat təşkil edir;

-Uşaq əlilliyi olan uşaqdırsa, müavinət ikiqat məbləğdə ödənilir.

Uşağa qulluq müavinətindən fərqli olaraq, ünvanlı dövlət sosial yardımı (ÜDSY) təkcə uşaqlı ailələr üçün nəzərdə tutulmayıb. Ailənin gəlirləri müəyyən edilmiş ehtiyac meyarından aşağı olduqda, digər şərtlər də nəzərə alınmaqla, bu yardımı almaq mümkündür. 2026-cı il üçün ehtiyac meyarı adambaşına aylıq 300 manat müəyyən edilib. Yardımın məbləği ailə üzvlərinin sayına uyğun hesablanan ehtiyac meyarı ilə ailənin faktiki orta aylıq gəliri arasındakı fərq əsasında müəyyən edilir.

Məsələn, 5 nəfərdən ibarət ailənin 2026-cı il üzrə ümumi ehtiyac meyarı 1500 manatdır. Ailənin nəzərə alınan orta aylıq gəliri bu məbləğdən aşağıdırsa, digər şərtlər də yerinə yetirildiyi halda, aradakı fərq həcmində sosial yardım təyin edilə bilər.

Ünvanlı sosial yardımın təyin edilməsində uşaqlı ailələr üçün ayrıca güzəşt də nəzərdə tutulub. Ailədə 8 yaşınadək uşağa və ya əlilliyi olan uşağa qulluq edən şəxsə təklif edilən işi qəbul etmədiyinə görə yardımın dayandırılması ilə bağlı ümumi qayda istisna olmaqla tətbiq edilə bilər. Belə şəxsin əmək bazarında aktiv iş axtarışında olması tələb olunmur.

Xatırladaq ki, sosial ödənişlərin bir hissəsi artıq avtomatik qaydada təyin olunur. Bu, valideynlərin əlavə sənədlər toplamaq və müxtəlif qurumlara müraciət etmək zərurətini azaldır. Bununla belə, hər ödəniş üzrə prosedur eyni deyil.

Məsələn, hamiləliyə və doğuşa görə müavinət: Rəsmi tibb müəssisəsi tərəfindən elektron xəstəlik vərəqəsi tərtib edilir. İşəgötürən həmin sənəd əsasında məzuniyyət əmrini MEİS-ə daxil edir. Sistem müvafiq məlumatlar əsasında hesablamanı aparır. Avtomatik təyinat mümkün olmadıqda əlavə müraciət tələb oluna bilər.

Uşağın doğulmasına görə 600 manatlıq müavinət: Doğum faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alındıqdan sonra ödəniş, bir qayda olaraq, avtomatik təyin edilir. Müavinətin statusunu "e-Sosial" portalı, DOST mərkəzi və ya "myGov" vasitəsilə yoxlamaq mümkündür.

Uşağa qulluq müavinəti: İşəgötürən qismən ödənişli sosial məzuniyyəti müvafiq sistemdə rəsmiləşdirdikdən sonra müavinətin təyin edilməsi prosesi başlayır.

Ünvanlı dövlət sosial yardımı: Bu ödənişi almaq üçün ayrıca müraciət etmək lazımdır. "Ərizə-bəyannamə" (Forma 2) elektron qaydada "e-Sosial" portalı vasitəsilə təqdim edilə və ya DOST mərkəzinə şəxsən müraciət oluna bilər.

Müraciət zamanı şəxsiyyət vəsiqəsi, ailə tərkibini təsdiqləyən sənədlər və gəlirlərlə bağlı məlumatlar tələb oluna bilər. Ərizə təqdim edildikdən sonra DSMF-nin müvafiq komissiyası ailənin yaşayış şəraitini videoyazı vasitəsilə yoxlayır. Müraciətə baxılma müddəti isə 15 iş günüdür. Yardım təyin edilərsə, ailəyə bir il müddətinə ödənilir. Həmin müddət başa çatdıqdan sonra yardımı davam etdirmək üçün yenidən müraciət etmək lazımdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 155   Tarix: 18 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.