Azərbaycan Şərqi Qərbə qovuşduran bağlantılar ölkəsidir

Azərbaycan Şərqi Qərbə qovuşduran bağlantılar ölkəsidir"Müasir dünyada dövlətlərin iqtisadi gücü təkcə malik olduqları təbii sərvətlər, istehsal imkanları və maliyyə resursları ilə ölçülmür.
Ölkələrin beynəlxalq ticarət yollarında tutduğu mövqe, regional iqtisadi əlaqələrin inkişafına verdiyi töhfə, qlobal təchizat zəncirlərinə inteqrasiya səviyyəsi və tərəfdaş dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətləri də strateji üstünlüklərin mühüm göstəriciləri kimi nəzərdən keçirilir. Qlobal iqtisadiyyatın yeni reallıqları ilə nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti artmaqla yanaşı, onların ətrafında formalaşan siyasi, iqtisadi və diplomatik əməkdaşlıq mexanizmləri də getdikcə güclənir".

Bu sözləri BiG.AZ-a açıqlamasında BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru Təranə Tağıyeva bildirib. O qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində keçirilən tədbirlər, eləcə də Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm önəm daşıyır:

"Çünki Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının səmərəliliyi təkcə dəmir yollarının, limanların və avtomobil magistrallarının texniki imkanlarından asılı deyil. Bu marşrutların davamlı fəaliyyəti siyasi sabitlik, qarşılıqlı etimad, dövlətlərarası koordinasiya və ortaq iqtisadi maraqların uzlaşdırılmasını tələb edir.
Azərbaycanın AQEM çərçivəsində həyata keçirdiyi fəaliyyət məhz bu yanaşmanın əhəmiyyətini ön plana çıxarır. Təşkilatın imkanlarının gücləndirilməsi, üzv dövlətlər arasında dialoqun genişləndirilməsi və praktiki əməkdaşlığın təşviqi təkcə siyasi münasibətlər baxımından deyil, həm də Asiya məkanında iqtisadi əlaqələrin inkişafı üçün mühüm önəm daşıyır. Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 30-da AQEM Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə təşkilatın əhəmiyyəti diqqətə çatdırılaraq qeyd olunub ki, bu qurum Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən, sülhə, təhlükəsizliyə, sabitliyə və dayanıqlı inkişafa töhfə verən mühüm dialoq platformasıdır. Bu yanaşma təşkilatın potensialının yalnız siyasi münasibətlərlə məhdudlaşmadığını, müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu göstərir".

Müsahibimiz vurğulayıb ki, AQEM-in yaratdığı dialoq mühiti ilə Orta Dəhlizin iqtisadi və nəqliyyat imkanları arasında mühüm məntiqi əlaqə mövcuddur:

"Bu əlaqə əməkdaşlıq üçün əlverişli zəmin yaradır, daha sonra isə ortaq infrastruktur layihələrinin, ticarət əlaqələrinin və regional iqtisadi inteqrasiyanın inkişafını sürətləndirir.
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsini göstərən əsas göstəricilərdən biri tranzit yükdaşımalarının dinamikasıdır. Respublikamızın rəqəmsal inkişaf və nəqliyyat sahəsindəki rəsmi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkə ərazisindən 9,1 milyon tondan çox tranzit yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artım deməkdir. Şərq - Qərb nəqliyyat dəhlizi üzrə tranzit daşımaları 16,5 faiz, Şimal - Cənub dəhlizi üzrə isə 14,3 faiz yüksəlib. Bu rəqəmlər Azərbaycanın tranzit imkanlarının genişləndiyini və ölkənin beynəlxalq nəqliyyat marşrutları sistemində mövqeyinin gücləndiyindən xəbər verir. Göstəricilərin iqtisadi təhlili bir neçə mühüm məqamı da üzə çıxarır. Birincisi, Şərq - Qərb dəhlizi üzrə 16,5 faizlik artım Orta Dəhlizin inkişafı üçün əlverişli şəraitin mövcudluğunu diqqətə çatdıran mühüm amillərdən biridir. Bununla belə, həmin göstərici təkcə Orta Dəhliz üzrə daşımaları əks etdirmir, çünki Şərq - Qərb istiqamətində müxtəlif nəqliyyat marşrutları da fəaliyyət göstərir. Buna görə də artım, bütövlükdə, Orta Dəhlizin yük dövriyyəsinin eyni həcmdə çoxalması anlamına gəlmir.
İkincisi, Şimal - Cənub dəhlizi üzrə daşımaların da artması Azərbaycanın tranzit strategiyasının çoxistiqamətli xarakterini göstərir. Ölkəmiz yalnız bir marşrutun inkişafına deyil, müxtəlif regional bazarları birləşdirən nəqliyyat şəbəkəsinin genişləndirilməsinə çalışır. Bu isə nəqliyyat infrastrukturundan daha səmərəli istifadəyə müsbət təsir göstərir və logistika xidmətlərinin coğrafiyasının genişlənməsi üçün əlavə imkanlar yaradır.
Nəhayət, tranzit həcminin artması infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsini, xidmətlərin rəqəmsallaşdırılmasını və sərhəd-keçid proseslərinin təkmilləşdirilməsini zəruri edir. Əgər daşınan yükün həcmi artır, lakin limanlarda, terminallarda və sərhəd məntəqələrində gözləmə müddəti uzanırsa, bu zaman artan tələb avtomatik olaraq daha yüksək iqtisadi səmərəyə çevrilmir. Məhz buna görə də Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri tranzit artımını davamlı rəqabət üstünlüyünə çevirməkdir".

Təranə Tağıyevanın sözlərinə görə, Orta Dəhlizin Azərbaycan ərazisində səmərəli fəaliyyət göstərməsi bir-birilə əlaqəli nəqliyyat infrastrukturunun mövcudluğuna əsaslanır:

"Bu sistemdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı - Tbilisi - Qars dəmir yolu, dəmir yolu şəbəkəsi, avtomobil magistralları və Xəzər dənizində yükdaşımaları həyata keçirən donanma xüsusi əhəmiyyət daşıyır.
Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiyadan daxil olan yüklərin Azərbaycanın nəqliyyat şəbəkəsinə ötürülməsi, eləcə də ölkəmizdən qərb istiqamətində daşınması baxımından mühüm logistika mərkəzidir. Rəsmi məlumatlara görə, liman 2025-ci ildə 8,2 milyon tondan çox yük və 107 min TEU konteyner emal edib. Yeri gəlmişkən, TEU standart 20 futluq konteynerə uyğun ölçü vahididir və konteyner daşımalarının həcmini müqayisə etmək üçün istifadə olunur.
Xatırladılan göstəricilər limanın artan beynəlxalq ticarət tələbatında əhəmiyyətli rol oynadığını göstərir. Lakin bu infrastrukturun fəaliyyəti təkcə yüklərin qəbul edilməsi və yola salınması ilə məhdudlaşmır. Liman, eyni zamanda, dəmir yolu, avtomobil nəqliyyatı, anbar təsərrüfatı və gömrük xidmətlərinin birləşdirildiyi logistika zəncirinin əsas həlqələrindən biridir. 2026-cı ilin yanvar-iyul aylarında limanda konteyner emalının ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 72 min 370 TEU-ya çatması, quru yük emalının isə 82 faiz çoxalaraq 1,4 milyon tona yüksəlməsi liman infrastrukturunun səmərəli fəaliyyətinin bariz ifadəsidir.
Azərbaycanın sənaye parkları, azad iqtisadizona imkanları və nəqliyyat infrastrukturu buməqsədin gerçəkləşməsində əlverişli baza roluoynayır. Ələt Azad İqtisadi Zonası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Limana yaxınlıq və beynəlxalq nəqliyyat şəbəkələrinə çıxış burada logistika ilə sənaye istehsalının birləşdirilməsi üçün imkanlar yaradır. Belə zonalarda fəaliyyət göstərən hər hansı bir müəssisə idxal olunan komponentlərin emalını həyata keçirə, hazır məhsul istehsal edə və onları regional bazarlara çıxara bilər. 
Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Dövlətimizin başçısı sammitdəki çıxışında qeyd edib: "Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür". Bakıda keçirilən AQEM-in Orta Dəhliz mövzusu ilə əlaqəsi, ilk növbədə, regional əməkdaşlığın siyasi və institusional əsaslarında özünü göstərir. Bu təşkilat Asiyanın müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərini bir araya gətirən dialoq platformasıdır. Qurumun fəaliyyətinin mühüm istiqamətlərindən biri qarşılıqlı etimadın möhkəmləndirilməsi və dövlətlər arasında əməkdaşlıq üçün əlverişli mühitin formalaşdırılmasıdır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlamlıq üçün gedilən fitnes klublarında xəstəlik riskləri - ARAŞDIRMA

Azərbaycanda fitnes klublarına üzv olmaq üçün tibbi arayışın tələb edilib-edilməməsi, idman zallarında sanitariya-gigiyena qaydalarına necə əməl olunması və müştərilərin sağlamlığının hansı formada qorunması hər zaman suallar doğurur. Xüsusilə gün ərzində onlarla insanın istifadə etdiyi trenajorları

16.10.2026 313
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16.10.2026 373
.

Ülviyyədən qayınana ilə bağlı posta müzakirəli şərh

Aktrisa Ülviyyə Xalinbəyova sosial mediada diqqət çəkən addım atıb. OLAY yazır ki, Ülviyyə qayınana ilə bağlı hazırlanan süni intellekt videosuna müzakirəli şərh yazıb. Belə ki, sözügedən videoda "Cəhənnəmdə yanıram" deyən qayınanaya Ülviyyə "Amin, inşallah", - deyə, qeyd edib. Qey

16.10.2026 717
.

Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v

16.10.2026 316
.

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas

10:41 160
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 250
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16.10.2026 360
.

Afaqın ailəsində toy

Aparıcı Afaq Gəncəlinin ailəsində xoş gün yaşanıb. Axşam.az xəbər verir ki, aparıcının qardaşı qızı ailə qurub. Afaq Gəncəli məclisə şou-biznes nümayəndələrini də dəvət edib. Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb

16.10.2026 434
.

Tramp: Siyasətdə heç kimə etibar etmirəm

ABŞ Prezidenti Donald Tramp siyasətdə heç kimə etibar etmədiyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, "Newsmax" müsahibəsində danışıb. Telekanalın İsrail Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi barədə sualına Tramp belə cavab verib: "Düzünü desəm, heç kimə etiba

16.10.2026 314
.