"Məktəbli forması dini inanclara müdaxilə deyil"

"Məktəbli forması dini inanclara müdaxilə deyil""Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin azaldılmasına xidmət edir. Söhbət bərabər mühitin yaradılmasından, məktəb qaydalarına və məktəb mühitinə vahid yanaşmanın təmin edilməsindən gedir".

Bu sözləri BiG.AZ-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

"Məktəbli forması dini inanclara müdaxilə deyil"O qeyd edib ki, təəssüflər olsun ki, bəzi valideynlər, məsələni mənfi anlamda dərinləşdirməkdə maraqlı insanlar bu cür məhdudiyyətləri öz inanclarına müdaxilə kimi qəbul edirlər:

"Azərbaycan dünyəvi dövlətdir. Əsas məsələ ondan ibarətdir ki, dini dəyərlər dünyəviliyə məqsədyönlü şəkildə qarşı qoyulmasın. Dövlət müəssisələrində, ayrı-ayrı təşkilatlarda və gündəlik həyatda geyim seçimi tam sərbəstdir. Dünyəvi təhsil sistemi isə neytrallıq prinsipindən bəhs edir. Yəni, neytrallıq və bərabər şərait yaradılmalıdırsa, bu addım məhz həmin məqsədə xidmət edir. Həmçinin vahid geyim qaydaları aydın, hamı üçün sistemli şəkildə tətbiq olunan bir çərçivə müəyyənləşdirir. Dövlətimizin qanunları var. Heç bir halda məktəb intizamı ilə dini inanclara hörmət arasında qarşıdurma yaratmağa rəvac verən addımlar atılmamalıdır. Dünyəvi təhsil prinsiplərini qəbul etməliyik və dünyəvilik amilinə hörmətlə yanaşmalıyıq. Təhsil sistemi hər hansı dini və şəxsi baxışın təsiri altında fəaliyyət göstərməməlidir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının bu rayonunda 30 bina söküləcək

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt

15:46 0
.

Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir

"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma

11:54 168
.

Prezident Hindistanın yeni səfirini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyin

14:04 125
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 384
.

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal

10:44 177
.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

14:31 117
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

13:56 141
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

14:15 129
.

Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?

Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl

13:51 135
.