Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyətHəqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını, həm də özlərini həqiqətən anlamağa çalışırlar.

Qaynarinfo-nun məlumatına görə, "YourTango" yazır ki, buna görə də olduqlarından daha ağıllı görünən insanlar bir sıra xüsusiyyətlərə sahib olurlar.

Onlar özünüdərkdən istifadə edərək insanlarla daha dərin əlaqələr qururlar

Göründüyündən daha ağıllı insanlar adətən yüksək səviyyədə özünüdərk nümayiş etdirirlər. Bu, emosional intellektin elementlərindən biridir. Onlar ətraflarında baş verənləri anlayır, eyni zamanda müəyyən anda hansı hissləri keçirdiklərini də dərk edirlər.

Məsələn, belə insanlar hansısa tədbirə gəldikdə məkanın xüsusiyyətlərinə diqqət yetirir, ehtiyat çıxışlarının harada yerləşdiyini yoxlayırlar. Hətta gərgin vəziyyətlərdə belə həm özlərini, həm də başqalarını qorumaq üçün vəziyyəti yumşaltmağa çalışırlar.

Özünüdərk insanın düşüncələrini və emosiyalarını həqiqətən anlaması bacarığıdır. Bu xüsusiyyət ağıllı insanların başqaları ilə daha dərin əlaqələr qurmasını asanlaşdırır.

Onlar öz emosiyalarını tanımaq və qəbul etmək bacarığından istifadə edərək ətrafındakı insanların özlərini rahat hiss etməsinə, açılmasına və zəif tərəflərini göstərməkdən çəkinməməsinə şərait yaradırlar. Belə insanlar özlərini çox yaxşı tanıyırlar və bu, onlara müxtəlif insanlarla asanlıqla ortaq dil tapmağa kömək edir.

Onlar istənilən dəyişikliyə tez uyğunlaşırlar

Ağıllı insanlar olduqca çevik düşüncəli ola bilərlər. Buna görə də hansısa maneə ilə qarşılaşdıqda, məsələn, yavaş sürən avtomobilin arxasında tıxacda qaldıqda, onu təhlükəsiz şəkildə keçməyin yolunu tapırlar. Küçəni su basarsa, vəziyyətə uyğunlaşır və geri dönürlər.

Tükənmişlik və idarəetmə üzrə kouç Anna Katarina Şaffnerin sözlərinə görə, "uyğunlaşma qabiliyyəti cəlbedicidir, çünki bu, psixoloji çevikliyi, dözümlülüyü, həssaslığı və öyrənməyə hazırlığı göstərir. Uyğunlaşma qabiliyyətinin olmaması insanın inkişaf baxımından öz həddinə çatdığını və artıq irəliləmək potensialının qalmadığını göstərir".

Yüksək intellektli insanlar hətta çox gərgin olmayan vəziyyətlərdə belə həm özləri, həm də başqaları üçün tez uyğunlaşa bilirlər. Onlar istənilən vəziyyətə aydın düşüncə ilə yanaşır və gözlənilməz dəyişikliklər qarşısında panikaya düşmürlər. Əksinə, dəyişiklikləri qəbul edirlər.

Onlar mürəkkəb ideyaları hər kəsin başa düşə biləcəyi şəkildə sadələşdirirlər

Ağıllı insanlar adətən orta statistik insandan daha çox məlumat və biliyə sahib olsalar da, bunu bütün dünyaya nümayiş etdirməyə ehtiyac duymurlar. Yəqin ki, hamımız həddindən artıq mürəkkəb mövzu haqqında fasiləsiz danışan və dediklərinin heç birini başa düşə bilmədiyimiz insanlarla qarşılaşmışıq.

Göründüyündən daha ağıllı insanlar isə ətrafındakıların onları nə dərəcədə başa düşdüyünü nəzərə alırlar. Onlar hətta ən mürəkkəb mövzuları və ideyaları kiçik informasiya hissələrinə bölürlər.

Yazıçı Emi Ris Anderson deyir: "Həqiqət budur ki, sadə danışmaq özünəinam və təvazökarlıq tələb edir. Hamımız anlamalıyıq ki, ağıllı insan kimi qəbul edilmək üçün özünü fövqəladə dahi kimi göstərmək lazım deyil. Hər şeyi sadə sözlərlə izah etmək bacarığımız böyük istedaddır. Heç vaxt unutmayın ki, dünyanın ən mürəkkəb problemlərinin bir çoxu ən sadə həll yolları ilə aradan qaldırılıb".

Ən ağıllı insanlar bütün ideyaların eyni dərəcədə yaxşı olmadığını və müəyyən vəziyyətlərdə məhz onların fikirlərinin ən yaxşı seçim olmaya biləcəyini anlayırlar. Lakin onlar bunun üzərində ilişib qalmırlar. Əksinə, digər insanların intellektini də görürlər. Buna görə də açıq fikirli olur və başqalarının müəyyən məsələləri anlamasına kömək etməyə həvəslə çalışırlar.

Belə insanlar başqalarının biliklərini qiymətləndirir və müxtəlif intellektual səviyyələrə malik insanlarla ünsiyyət qurmağa daim can atırlar. Çünki dərin söhbət yeni bir şey öyrənmək və öz biliklərini başqaları ilə bölüşmək imkanı yaradır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 748   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 232
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 234
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 563
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

01.11.2026 471
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 220
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 596
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 229
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 209
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 500
.