900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI900 manat maaş alan vətəndaşa 840 manat aliment kəsilib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım olunub.

Bildirilib ki, boşanma zamanı 900 manat maaş alan valideynə 840 manat aliment məbləği təyin olunub. Lakin maaşın 93,33 faizinin kəsilməsi narazılığa səbəb olub. Boşanan şəxs maaşından hər ay 60 manatın özünə qaldığını bildirir.

Bəs görəsən, aliment üçün əmək haqqından bu qədər kəsilmə normaldır? Uşaq sayı neçə olduqda, aliment məbləği artır?

Vəkil Elyar Həsənov Lent.az-a açıqlamasında bildirib ki, 900 manat maaş alan insandan 840 manat aliment tutulmağı tamamilə qanuni ola bilər:

"Burada bəzi məqamlar var. Ola bilər ki, aliment verən vətəndaşın gəliri təkcə əmək haqqından ibarət olmasın, yaxud uşaqların sayı çox olsun. Çünki məhkəmə adətən bir uşaq üçün sabit məbləğdə aliment tutarkən uşaq üçün yaşayış minimumu əsas götürür. Beş uşaq varsa, hər uşaq üçün yaşayış minimumu əsas götürülsə, kifayət qədər normaldır ki, bu məbləğ aliment verən valideynin gəlirindən asılı olmayaraq 800-900 manat olsun. Amma təbii ki, heç bir halda gəlirin 70 faizindən çox aliment tutula bilməz.İcra qaydası ilə bu məsələlər nəzərə alınır.

Əgər övlad bir valideynin yanında yaşayırsa, həmin valideyn uşaq üçün digər valideyndən aliment tələb edə bilər. Alimentin tutulmasının ümumi qaydaları, həmçinin xüsusi nəzərə alınmalı hallar var. Ümumi qaydalar odur ki, aliment qazancın bir hissəsi və ya sabit pul məbləğində tutulur. Qazancın bir hissəsi dedikdə - 1 uşağa görə, gəlirin dörddə biri, iki uşağa görə gəlirin üçdə biri, üç və daha çox uşağa görə gəlirin yarısı tutula bilir.

Bundan əlavə valideyn sabit pul məbləğində də aliment tələb edə bilər. Xüsusilə vurğulamalıyıq ki, gəlir dedikdə, təkcə əməkhaqqı nəzərdə tutulmur. Əmək haqqı ilə yanaşı başqa gəlirlər də alimentə cəlb edilə bilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Səfirlik qarşısındakı aksiyaların yaratdığı suallar

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, ağır sınaqlardan keçmiş həmrəyliyə və xalqların bir-birinə bəslədiyi dərin hörmətə söykənir. "Bir millət, iki dövlət" prinsip

12:27 193
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

20:00 1
.

İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir

İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə

15:32 137
.

"Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi

15:58 134
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

17:03 105
.

Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb

Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki

18:45 1
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

17:53 0
.

Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib

17:18 53
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

18:15 1
.