Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 64 il əvvəl yazılan mahnı bu gün də dünya musiqisinin ən məşhur əsərlərindən biri hesab olunur.
Mahnı ilk dəfə 1962-ci il aprelin 16-da Nyu-Yorkdakı "Gerde's folk city" klubunda səsləndirilib. Həmin vaxt əsər cəmi iki bənddən ibarət olub. Daha sonra Dilan üçüncü bəndi də əlavə edib.
Mahnının yaranmasına amerikalı xalq musiqisi ifaçısı və ictimai fəal Vudi Qatrinin yaradıcılığı təsir göstərib. Xüsusilə onun 1943-cü ildə nəşr olunan "Bound for glory" ("Şöhrət yolunda") adlı avtobioqrafik kitabı gənc musiqiçi üçün ilham mənbəyinə çevrilib.
Bundan başqa, "Blowin' in the Wind" mahnısının melodiyasında afroamerikalıların qədim "No more auction block" ("Artıq qul hərracı olmayacaq") mahnısının təsiri olduğu bildirilir.
Dilan "Blowin"in the Wind" mahnısını 1962-ci il iyulun 9-da studiyada lentə alıb. Bəstə 1963-cü ildə işıq üzü görən "The freewheelin Bob Dylan" ("Azad ruhlu Bob Dilan") albomuna daxil edilib.
Mahnıda müharibə, azadlıq, insan hüquqları və ədalətsizlik kimi mövzulara toxunulur. Musiqi tənqidçisi Maykl Qreyin fikrincə, əsərin mətnində Bibliyadan götürülmüş motivlərə də rast gəlinir.
"Blowin' in the Wind" zamanla ABŞ-də vətəndaş hüquqları uğrunda mübarizənin simvollarından birinə çevrilib.
Məşhur müğənni Meyvis Steypls mahnını ilk dəfə eşidəndə çox təəccübləndiyini bildirib. O, 21 yaşlı ağdərili bir gəncin qaradərili amerikalıların yaşadığı çətinlikləri və hisslərini bu qədər dəqiq ifadə etməsini heyrətlə qarşıladığını söyləyib.
Mahnı məşhur amerikalı müğənni Sem Kuka da böyük təsir göstərib. O, bu əsərdən ilhamlanaraq sonradan dünya şöhrəti qazanan "A change is gonna come" ("Dəyişiklik gələcək") mahnısını yaradıb.
"Blowin' in the Wind" illər ərzində Elvis Presli, Stivi Uander, Coan Baez, Marlen Ditrix, Etta Ceyms, Nil Yanq və digər dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilib.
1994-cü ildə mahnı "Grammy Hall of Fame" siyahısına daxil edilib. 2004-cü ildə isə "Rolling Stone" jurnalının bütün dövrlərin 500 ən yaxşı mahnısı siyahısında 14-cü yeri tutub.
Maraqlıdır ki, Bob Dilan 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, Amerika musiqi ənənələri çərçivəsində yeni poetik ifadələr yaratdığına görə bu nüfuzlu mükafatı qazanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 105 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu
Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"
15:25 152 Prezident Qətər Əmiri ilə görüşdü - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:54 84 Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB
Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır. Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əld
12:46 190 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
14:31 325 Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 162 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
18:45 1 Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
18:15 1 Liderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
16:12 135 Saleh Səmədova hökm oxundu
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v
15:31 147