17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.
Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.
Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"
2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeroportdan istifadə edirlər.
Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.
Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək. Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.
Tufan Məmmədov - iqtisadçı ekspert
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 194 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama
"Məktəblərdə həm şagirdlər üçün, həm də müəllimlər üçün geyim forması vahid olmalıdır. Çünki mən bunu öz həyatımda, öz şagird olduğum dövr də görmüşəm ki, bizim dövrümüzdə məktəblərdə şagirdlər üçün məktəbli geyimləri var idi, ancaq müəllimlər üçün yox idi. Müəllimlərimiz, xüsusən qadın müəllimlə
13:06 127 "Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist
14.10.2026 345 "Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd
14:09 2 Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB
Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır. Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əld
12:46 133 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14.10.2026 254 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər
"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind
11:39 136 İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14.10.2026 414 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy
10:00 154 Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 133