Azad Füzuli sürətlə bərpa edilir

Azad Füzuli sürətlə bərpa edilir30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin "Aprel dərsi"ndən düzgün nəticə çıxarmağı xatırlatmışdı. O bildirmişdi ki: "Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!"
2020-ci ildə 44 günlük Vətən müharibəsində həmin şərəfli günün şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer kimi görünüb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdi ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir. Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edildi, daha sonra 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanıldı.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun təməli qoyuldu.
Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub. Prezident "Füzuli" yarımstansiyasının açılışını edib və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olub.
Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi tamamilə başa çatıb və hava limanı artıq bir neçə ildir ki, rəsmi şəkildə fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Iki il əvvəl ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox keçməz ki, bu diyarımız cənnət məkana çevrilər. Artıq ölkəmizin müxtəlif yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə qayıdışına başlanılıb. 2024-cü il sentyabr ayında işğaldan azad edilmiş Füzulinin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində 31 ildən sonra 8 nəfər XI sinif şagirdi üçün "Son zəng" keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur.
2025-ci ildə keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş zamanı isə Prezident İlham Əliyev görüşün yekunlarına dair bəyanatında bildirib ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.
"Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq", - deyə dövlət başçısı əlavə edib.
Artıq bu məscidin tikintisi sürətlə davam edir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 165   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

13:04 148
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

13:14 177
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14.10.2026 254
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14.10.2026 345
.

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind

11:39 136
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. BİG.AZ xəbər verir ki, bu barəd

10:00 183
.

Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi

İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı

14.10.2026 263
.

Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?

Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl

12:01 133
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

14.10.2026 283
.