"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama

"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama"Məktəblərdə həm şagirdlər üçün, həm də müəllimlər üçün geyim forması vahid olmalıdır. Çünki mən bunu öz həyatımda, öz şagird olduğum dövr də görmüşəm ki, bizim dövrümüzdə məktəblərdə şagirdlər üçün məktəbli geyimləri var idi, ancaq müəllimlər üçün yox idi. Müəllimlərimiz, xüsusən qadın müəllimlər gündə bir cür paltar geyinib gəlirdilər, biz şagirdlər onların paltarlarını müzakirə edirdik. Diqqətimiz dağılırdı. Qızlar arasında böyüdükcə, yuxarı siniflərə qalxdıqca baxırdıq ki, müəllimlərin geyimləri haqqında fikir və söhbətlərimiz daha çox vaxt aparır, hətta dərsdə olan saatlarımızı, dəqiqələrimizi əlimizdən alır".

Bu sözləri BiG.AZ-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib. O qeyd edib ki, vahid geyim forması müəllim və şagird arasında vahid prinsip deməkdir:

"Vahid prinsip o deməkdir ki, müəllim şagirdə, şagird də müəllimə baxanda hər biri bir-birini eyni geyimdə görürsə, burada yalnız məqsəd təlimə və təhsilə yönələ bilər; fikir ayrılığı və ya fikir dağınıqlığı ola bilməz.
Bunu bizim cəmiyyət nə üçün düzgün qarşılamadı? Birinci səbəb bizdə media savadlılığının olmamasıdır. Biz oxuduğumuz və ya qəbul etdiyimiz informasiyanı düzgün anlaya bilmirik. Cəmiyyətimizdə bu məsələyə qarşı çıxanların olmasının səbəbi media savadlılığının olmamasıdır. Media savadlılığı təkcə jurnalistlər üçün deyil, istehlakçılar üçün də lazımdır. Bir insan bir informasiyanı oxuyursa, istehlak edirsə, o informasiyanı araşdırmalıdır; onun doğru və düzgün olduğuna, həyatında nələrə səbəb olacağına inanmalı, dəqiq təhlil edəndən sonra öz mövqeyindən çıxış etməlidir".

Müsahibimiz əlavə edib ki, hər bir müəllim düşünməlidir ki, evdən çıxıb məktəbə gedir:

"Biz dəfələrlə görmüşük ki, məktəbə hansı vəziyyətdə, hansı paltarda gedən müəllimlər olub; uşağın qarşısına qısa yubkalarda, açıq dekolteli paltarlarda gedənlərin şahidi olmuşuq. Belə olduğu təqdirdə, məktəblərimizdə nə həddindən artıq açıq geyinən müəllimlərimiz olsun, nə də tam qapalı geyinənlər. Təhsilimiz dünyəvi təhsilə əsaslanır, ölkəmiz demokratik ölkədir və məktəblərimizdə müəllim-şagird geyimlərində bir rəsmilik olmalıdır. Məktəb rəsmi bir yerdir, sən məktəbə təhsil verməyə, uşağa təlim verməyə gedirsən. Bu qərarı hər birimiz yekdilliklə qarşılayırıq. Elə müəllimlərin özü də, cəmiyyətimizə baxırsınız ki, artıq bunu qavradılar, mənimsədilər və hər bir müəllim öz geyim formasını gözəlləşdirərək məktəblərimizə daxil olur. Bütün bunların hamısı gələcək nəslimizin, təhsilimizin effektivliyi və gələcək inkişafı üçündür".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 136   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama

"Məktəblərdə həm şagirdlər üçün, həm də müəllimlər üçün geyim forması vahid olmalıdır. Çünki mən bunu öz həyatımda, öz şagird olduğum dövr də görmüşəm ki, bizim dövrümüzdə məktəblərdə şagirdlər üçün məktəbli geyimləri var idi, ancaq müəllimlər üçün yox idi. Müəllimlərimiz, xüsusən qadın müəllimlə

13:06 127
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14.10.2026 345
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

14:09 2
.

Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB

Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır. Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əld

12:46 133
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14.10.2026 254
.

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind

11:39 136
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14.10.2026 414
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy

10:00 154
.

Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?

Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl

12:01 133
.