Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə, sosial imkanlarına və ya xarici görünüşünə deyil, onların təhsilinə, dünyagörüşünün formalaşmasına və fərdi inkişafına yönəlməlidir".
Bu sözləri BiG.AZ-a açıqlamasında jurnalist Xəyal Abdullayev bildirib. O qeyd edib ki, vahid məktəbli formasının əhəmiyyəti ondan ibarətdir ki, şagirdlər arasında geyim üzərindən sosial fərqlərin qabardılmasının qarşısını almağa, məktəb mühitində ümumi intizam və məsuliyyət hissini gücləndirməyə kömək edir:
"Eyni zamanda, vahid forma təhsil müəssisəsinin müəyyən etdiyi qaydalara hörmətin və kollektiv məsuliyyətin formalaşmasına xidmət edə bilər. Bu baxımdan məktəbli forması yalnız geyim məsələsi deyil, həm də təhsil mühitinin təşkili ilə bağlı mühüm yanaşmadır. Azərbaycan dünyəvi dövlətdir və dünyəvilik dövlətin bütün dini inanclara münasibətdə neytrallığını, eyni zamanda hər kəsin qanunla qorunan hüquq və azadlıqlarına hörmət edilməsini nəzərdə tutur. Məktəblərdə də bu prinsip qorunmalı, təhsil prosesi hər hansı dini və ya ideoloji ayrı-seçkilikdən uzaq şəkildə təşkil edilməlidir. Məncə, vahid geyim formasının tətbiqi də məhz ümumi qaydaların hamıya bərabər və ardıcıl şəkildə şamil olunması prinsipi əsasında həyata keçirilməlidir. Bununla yanaşı, şagirdlərin dini inanclarına hörmət məsələsi də diqqətdən kənarda qalmamalıdır. Burada əsas yanaşma qanunvericiliyə, təhsil qaydalarına və insan hüquqlarına əsaslanmaqdır. Nə ümumi məktəb qaydalarının əhəmiyyəti nəzərdən qaçırılmalı, nə də dini inanclara görə hər hansı şagirdin alçaldılmasına, təzyiqlə üzləşməsinə və ya təhsildən kənarda qalmasına yol verilməlidir. Belə məsələlər emosional mübahisələrdən daha çox, hüquqi normalar və təhsilin ümumi maraqları çərçivəsində həll olunmalıdır".
Müsahibimiz əlavə edib ki, ən məqsədəuyğun yanaşma dövlətin müəyyən etdiyi məktəbli forması qaydalarına riayət olunmasını təmin etməklə yanaşı, onların tətbiqində hüquqi aydınlığın, bərabərliyin və qarşılıqlı hörmətin qorunmasıdır:
"Qaydalar əvvəlcədən aydın izah edilməli, bütün şagirdlərə eyni meyarlarla tətbiq olunmalı, yaranan mübahisələr isə qanunvericiliyə uyğun şəkildə həll edilməlidir. Əsas məqsədimiz məktəblərdə dövlətçilik dəyərlərinə, dünyəvilik prinsipinə və milli-mənəvi dəyərlərə hörmət edən, eyni zamanda fərqli düşüncələrə qarşı dözümlü olan bir təhsil mühiti formalaşdırmaqdır. İnanıram ki, vahid məktəbli forması ilə bağlı məsələlərə məhz bu prinsiplər əsasında yanaşılması həm təhsil sisteminin nüfuzunun qorunmasına, həm də şagirdlər arasında bərabərlik və qarşılıqlı hörmət mühitinin güclənməsinə xidmət edəcək".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 128 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
12:29 275 Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15.10.2026 342 Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15.10.2026 327 Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha
14:30 167 Ülviyyədən qayınana ilə bağlı posta müzakirəli şərh
Aktrisa Ülviyyə Xalinbəyova sosial mediada diqqət çəkən addım atıb. OLAY yazır ki, Ülviyyə qayınana ilə bağlı hazırlanan süni intellekt videosuna müzakirəli şərh yazıb. Belə ki, sözügedən videoda "Cəhənnəmdə yanıram" deyən qayınanaya Ülviyyə "Amin, inşallah", - deyə, qeyd edib. Qey
16:25 12 Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
10:14 264 Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
11:54 220 Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!
Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar
11:12 175 Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
12:00 193