AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırırAzərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Uğurlu xarici siyasət sayəsində Azərbaycan həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Azərbaycan müxtəlif beynəlxalq platformalarda da fəal iştirak edir. Belə platformalardan biri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Ölkəmiz bir çox beynəlxalq təşkilatın fəal üzvüdür və bir sıra təşkilatlara uğurla sədrlik edib. Buna ən bariz nümunə Azərbaycanın dünyada BMT-dən sonra ən böyük təşkilat kimi xarakterizə edilən Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməsidir. Bu baxımdan, AQEM də istisna deyil. 2024-2026-cı illərdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində müxtəlif istiqamətlər üzrə tədbirlər keçirilib.
Azərbaycan regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Ölkəmizin dünyada sabitlik adası kimi qəbul olunması və bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bunun göstəricisidir. Bakı şəhəri oktyabrın 15-də AQEM-in 7-ci Zirvə Toplantısına ev sahibliyi edir.
Bakı şəhərində keçirilən AQEM-in 7-ci Sammiti beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir. Beynəlxalq müstəvidə artan gərginliyə baxmayaraq, sammitdə yüksək səviyyəli iştirak Azərbaycanın təşkilata sədrliyi dövründə beynəlxalq birliyi ortaq problemlərin birgə həlli üçün səfərbər etmək istiqamətində səylərinin, beynəlxalq sülh və təhlükəsizlik, inkişaf və tərəqqi naminə əməkdaşlığı təşviq edən ənənəvi xarici siyasətinin daha bir uğurudur.
İnanırıq ki, Bakıda keçirilən Zirvə Toplantısında qəbul olunan qərarlar və Azərbaycanın sədrliyi dövründə əldə olunan mühüm nəticələr təşkilatın gələcəkdə daha səmərəli fəaliyyəti üçün yeni mərhələ olacaq.
Mərkəzi Asiyanın böyük nadir torpaq elementləri və kritik əhəmiyyətli minerallar ehtiyatları qlobal iqtisadiyyat üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın strateji coğrafi mövqeyi, Bakının institusional yetkinliyi və beynəlxalq etibarlılığı ölkəni həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin Aralıq dənizi, Atlantik okeanı və Şimal dənizi istiqamətində səmərəli daşınmasını təmin edən əvəzolunmaz tərəfdaşa çevirir.
Bu tarixi Zirvə Toplantısının əsas məqsədləri siyasi dialoqun, qarşılıqlı etimadın, sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi, Asiyada sabitliyin möhkəmləndirilməsi, habelə qlobal iqtisadi durğunluğun aradan qaldırılması üçün çoxtərəfli əməkdaşlıq çərçivəsinin formalaşdırılmasıdır.
Azərbaycan 2026-cı ilin oktyabrında AQEM Zirvə görüşünə ev sahibliyi etməklə Mərkəzi Asiyanın geosiyasi gündəliyinin formalaşmasında mühüm rol oynayan nüfuzlu ev sahibi ölkə kimi mövqeyini daha da gücləndirib. Bakı müasir dövrün dəyişən geosiyasi mənzərəsində xüsusi əhəmiyyətə malik mərkəzə çevrilib.
Qarabağ Zəfəri ilə Cənubi Qafqazda 30 illik işğalın yaratdığı maneələri aradan qaldıran və ərazi bütövlüyünü təmin edən Azərbaycan artıq hərbi və enerji sahələrində fəaliyyət göstərən aktor deyil. Azərbaycan, eyni zamanda, qlobal böhranların həllində təşəbbüs göstərən və diplomatik dialoq üçün platforma yaradan mühüm diplomatiya mərkəzinə çevrilib.
AQEM-in Zirvə Toplantısı Azərbaycanın Şərqlə Qərb arasında etibarlı körpü, Orta Dəhlizin isə strateji dayağı olduğunu Asiya dövlətlərinə bir daha nümayiş etdirir. Azərbaycan COP29-dan sonra AQEM vasitəsilə beynəlxalq diplomatik təsir imkanlarını daha da genişləndirir.
AQEM-in Bakıda keçirilməsi dünyaya aydın mesaj verir: regional sülhün təmin olunması, terrorizmlə mübarizə və iqtisadi inteqrasiyanın gücləndirilməsi region dövlətlərinin ortaq iradəsi, qarşılıqlı etimadı və birgə fəaliyyəti əsasında mümkün ola bilər.
Beləliklə, Bakının sammitə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq platformalarda iştirakının və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərinin növbəti təzahürü kimi qiymətləndirilir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 112   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15.10.2026 241
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 320
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

15.10.2026 325
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 370
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15.10.2026 487
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 0
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad

15.10.2026 336
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 294
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 149
.